Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Kərkükdə İraq hökumət qüvvəlləri ilə kürd separatçıları arasında toqquşma

Ərəb mediasının yaydığı xəbərə görə, oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib.

Boyukmillet.com-un Report-a istinadla məlumata görə, toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. “Rudaw” kürd telekanalının yaydığı məlumata görə, peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub.

İraq Kürdüstanının prezidenti Məsud Barzani isə peşmərqə dəstələrinə İraq ordusuna hücumlardan yayınmağa çağırıb, lakin cavab olaraq atəş açmağa icazə verib.

Bir az əvvəll İraqın baş naziri Heydər əl Abadi hökumət qüvvələrinə Kərkükün dövlət və hərbi obyektlərində təhlükəsizliyin bərqərar olmasını əmrini verib. Bununla yanaşı, o, bu məqsədə peşmərqə qüvvələri  ilə birgə nail omağı tapşırıb.

 

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir