Milli Məclisə yeni düzəlişlər göndərildi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dini təbliğat apararsa, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin …
Read More »Yearly Archives: 2018
Əli Həsənov: “Türk olmaq üzərimizə öhdəlik qoyur”
Dövlətimizin inkişafını, o cümlədən xarici ölkələrdəki diasporların qarşısına qoyulan vəzifələrin aktuallığını nəzərə alsaq, düşünürəm ki, bu qurultay tam vaxtında keçirilir. Qurultay növbədənkənar olsa belə, Avropa Azərbaycanlıları da keçən dövrə yekun vurmaq və qarşıda duran yeni vəzifələri müəyyən etmək anlamında bu gün üçün məqbul vaxt seçiblər. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli …
Read More »Nazarbayevdən TARİXİ ADDIM – Rəsmi rus dilini qadağan etdi
Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə sabahdan etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunur. Boyukmillet.com xəbər verir ki, iclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək. Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbiqi məsələsinə toxunub. O eyni zamanda qazax dilinin dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb. “Latın …
Read More »Diasporun inkişafında xidmətləri olanlara “Tərəqqi” medalları təqdim olundu – FOTOLAR
Dünən Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilib. Boyukmillet.com xəbər verir ki, qurultayda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif etdiyi şəxslərə medalları təqdim edilib. Qeyd edək ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Rüstəmxanlı Tənzilə Yolçu qızı Ali Tekin AtalarAllahverdiyeva İlhamə …
Read More »Ramil Usubov vətəndaşı təhqir edərək “Masallıda kişi var?” deyən polisi işdən qovdu (VİDEO)
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Boyukmillet.com apa-ya istinadən xəbər verir ki, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil …
Read More »Dünyanın ən yaraşıqlı cinayətkarı – Qadınları öldürüb, zorlayıb, sonra isə parçalayırdı – FOTOLAR
Ən ağıllı seriyalı qatil kimi tanınan Ted Bandinin adam öldürə bildiyinə heç kim inanmırdı, çünki o yetəri qədər ağıllı, alicənab və yaraşıqlı idi. Amerikalı seriyalı qatil, nekrofil, təcavüzkar Ted xarici görkəmindən istifadə edərək qadınları kimsəsiz ərazilərə gətirir, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı. Minval.info dünyanın ən yaraşıqlı və eyni zamanda ən qəddar seriyalı qatili Ted Bandi haqqında maraqlı faktları …
Read More »Əli Həsənovdan sensasion açıqlama
“Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir”. Bunu bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayındakı çıxışı zamanı Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Boyukmillet.com xəbər verir ki, PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: “Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab …
Read More »“İstəyir cəhənnəmdə yaşasın, Azərbaycandan çıxıb, azərbaycançılıqdan çıxmayıb ki”
“Yerindən qalxan bir internet televiziyası açır və “gəlin Azərbaycanı söyək” deyir” Bu sözləri Avropa Azərbaycanlılarının Amsterdamda keçirilən toplantısında sabiq millət vəkili, şair Sabir Rüstəmxanlı deyib. S.Rüstəmxanlı qurultaydakı çıxışını xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövlətinə, dəyərlərinə qarşı apardığı çirkin mübarizəyə həsr edib. Çıxışçı bildirib ki, bəziləri miqrant statusu almaq üçün özünü cinsi azlığın nümayəndəsi kimi təqdim edir və ya erməni soyadı …
Read More »Çexiya Türkiyəyə yox dedi: PYD lideri azadlığa buraxıldı
Çexiyanın paytaxtı Praqada Türkiyənin tələbi ilə həbs edilən PKK-YPG terror təşkilatının sabiq lideri Saleh Müslim azadlığa buraxılıb. Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl həbs olunan Müslim məhkəməyə çıxarılıb və azadlığa buraxılıb. Media nümayəndələri məhkəmə salonuna buraxılmayıb. Terrorçu liderin azsaylı tərəfdarları məhkəmə qarşısında nümayiş təşkil ediblər. Qeyd edək ki, Türkiyə Çexiyadan Saleh Müslimin həbsini və Türkiyəyə ekstradisiyasını tələb edirdi. …
Read More »Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd ediləcək – Birinci panel – Fotolar
Qurultayın rəsmi açılış mərasimindən sonra Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinlənilib. Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı başlayıb. Qurultayın rəsmi açılış mərasimindən sonra Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinlənilib. Mandat Komissiyasının məlumatı dinlənildikdən sonra panel müzakirələri başlayıb. Birinci paneldə Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar