Cümə , 30 Oktyabr 2026
Drone Cameras

Ramil Usubov vətəndaşı təhqir edərək “Masallıda kişi var?” deyən polisi işdən qovdu (VİDEO)

Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
 
Boyukmillet.com apa-ya istinadən xəbər verir ki, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. (Unikal.org)

Check Also

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

Son bir həftə ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi nəqliyyat təyyarəsi İsrailin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir