Boyukmillet.com Moderator.az-a istinadən Belarusda baş verən son hadisələrlə bağlı Psixoloji Portretologiya və Siyasi Analizlər mərkəzinin rəhbəri Adıgözəl Məmmədovun təhlilni diqqətinizə çatdırır.2014-cü ildə Kiyevdə olduğu kimi, Belorusda da Maydan hərəkatına bənzər hadisənin təkrarlanacağı barədə danışmaq hələ tezdir. Amma etiraz hərəkatını o nöqtəyə daşıya biləcək gərgin məqamlar da az deyil. Bu məqamlar hansılardır:1. Qərb hələlik seçkinin nəticələrini tanımır. Avropa Komissiyasının sədri Ursula …
Read More »Monthly Archives: Avqust 2020
Səfirlərin “qara siyahısı” – Kimlər geri çağrılacaq?
Bəlli olduğu kimi, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid edərək, nazir Elmar Məmmədyarovu tutduğu vəzifədən azad etdi. Bundan bir qədər əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirərək, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərini həbs etmişdi. Yeni təyin olunan Xarici işlər naziri Ceyhun Bayramovu videoformatda qəbul edən Prezident İlham Əliyev nazirliyin …
Read More »Ermənipərəst mövqelərindən sonra bədnam yutuberlər tamaşaçılarını sürətlə itirir…
Məlum olduğu kimi, ermənilərin Tovuz təxribatından sonra dünyanın bir çox ölkəsində ASALA-nın törəmələri olan erməni millətçiləri diaspor təmsilçilərimiz olan soydaşlarımıza hücumlar etdilər. Təbiidir ki, diaspor fəallarımız onların hücumlarını cavabsız qoymadı. Soydaşlarımızın bu fədakarlığı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Ermənipərəst mövqelərindən sonra bədnam yutuberlər tamaşaçılarını sürətlə itirir… Ancaq bəzi “sapı özümüzdən olan baltalar” bu məsələdə …
Read More »“Prezident bu dəfə hər kəsə “harda Qarabağ varsa, orda Azərbaycan var” kimi qanadlı bir mesaj verdi”… – Aydın Quliyev yazır…
Prezident Azərbaycanın neft-qaz və Qarabağ strategiyalarının döğru olduğuna qətiyyətli inamı bir daha bütün dünyaya göstərdi. Neft və Dağlıq Qarabağ strategiyalarının bir-birini taktiki və strateji olaraq tamamladığına bundan daha klassik izah verilə bilməzdi. Prezident Əliyev Xəzərdəki Qarabağ yatağına azı 25 ildən sonra yenidən və həmişəlik qayldışımızı əzəli torpağımız olan Dağlıq Qarabağa da mütləq qayıdacağımızın tarixi rəmzi kimi təqdim etdi. Prezident əslində daha …
Read More »Ziya Məmmədov: Ramiz Mehdiyevin müdafiəsinə qalxdı
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb. Boyukmillet.com bildirir ki, Unikal.org-a açıqlama verən Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir: “Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu “Heydər Əliyev “ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün …
Read More »Ərdoğan Zakir Həsənov və Ceyhun Bayramovu qəbul etdi – FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və yeni Xarici işlər naziri Ceyhun Bayramovu öz iqamətgahında qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında yaşanan son hadisələr də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunub.
Read More »Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək – Sərəncam
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan …
Read More »Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan …
Read More »“Abşeron” layihəsinin dayaq blokları hazırdır
“Abşeron” yatağının işlənməsi layihəsi çərçivəsində dayaq blokları hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu “Bos Shelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib. Onun sözlərinə görə, “Abşeron” layihəsinin 2023-cü ildə başa çatması gözlənilir: “Dörd dayaq bloku artıq başa çatıb və yüklənməyə hazırdır”. O.Hüseynov bildirib ki, yaxın bir neçə ay ərzində bloklar quraşdırılması üçün yola salınacaq.
Read More »SON DƏQİQƏ: Yasamalda bina yanır – VİDEO
Yasamal rayonu A.M Şərifzadə küçəsi 112 də yerləşən binada yanğın hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar