Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

“Qarabağ” yatağının çıxarılabilən neft ehtiyatlarının həcmi açıqlandı

“Qarabağ” yatağının ümumi ehtiyatları 60 mln tondan çox qiymətləndirilir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib. Onun sözlərinə görə, yataqdan çıxarılabilən neft ehtiyatları 21 milyon tondan artıq, qaz ehtiyatları isə 13 milyard kubmetr hesablanır. “Yataqda inşa olunacaq platformadan 6 neft quyusunun, 3 su vurma quyusu və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır. Yataqdan gündəlik 5 min tondan çox, maksimum 4,5 mln kubmetr qaz hasilatı nəzərdə tutulur”. Qeyd edək ki, yataqda hasilata 2022-ci …

Read More »

Putinin qızı koronavirus peyvəndi üçün test edib

Böyükmillet.com xəbər verir ki, Rusiya prezdenti Vladimir Putinin qızı koronavirusa qarşı peyvənd etdirib. Bu barədə dövlət başçısı özü açıqlama verib. O, bildirib ki, qızlarından biri COVID-19 əleyhinə ilk rus peyvəndinin eksperimentdə iştirak etməyi könüllü qəbul edib. Putin onu da bildirib ki, ilk peyvənddən sonra qızı 37 dərəcədən bir az çox temperaturda olub. Ayna Fərhad

Read More »

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Nazir

Biz əməkdsaşlığımızın mərkəzinə olan bütün məsələləri müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.  Boyukmillet.com–un məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüş zamanı bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: “Düşünürəm ki, bu, münaqişə …

Read More »

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilir. Boyukmillet.com xəbər verir ki, barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib. Qeyd edək ki, bu gün C. Bayramov Türkiyəyə səfər edib. Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq. Xatırladaq ki, bu, C. Bayramovun …

Read More »

Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib – FOTO

“Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik …

Read More »

Bərdənin Kələntərli kəndində fəaliyyətini dayandıran su dəyirmanı işlək vəziyyətə gətirilib

Müasir dövr olsa da, bəzi kəndlərimizdə qədim adət-ənənələr hələ də yaşamaqdadır. Bərdənin Kələntərli kəndində bir müddət fəaliyyətini dayandıran su dəyirmanı bu gün işlək vəziyyətdədir. Dəyirman hazırda kənd sakinlərinə və müxtəlif bölgələrdən gələn insanlara xidmət göstərir. Dəyirmanın sahibi dövrünün sayılan-seçilən insanlarından olan İSMAYIL kişi doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Dərələyəz mahalından uşaq ikən ailəsilə birgə Bərdənin Kələntərli kəndinə pənah gətirib. Uzun …

Read More »

Sahibkarlar məmur Sahib Quliyevin imzası ilə dövlət qurumlarına göndərilən məktuba etiraz edir – “Ağ yalan danışır”

Redaksiyamıza Sumqayıt şəhərində abadlıq işləri aparıb, bunun müqabilində pullarını icra başçısı Zakir Fərəcovdan ala bilməyən bir qrup sahibkarın imzası ilə etiraz məktubu daxil olub. Sahibkarların başlıca etirazı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabla bağlıdır. Qeyd edək ki, …

Read More »

Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir – VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir. Boyukmillet.com xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər. Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. 

Read More »

Koronavirusla mübarizə: ÜST rəhbəri ilk dəfə ümidli danışdı

“Koronavirusla mübarizədə ümid qığılcımı görünür”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhəri Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. ÜST rəhbəri qeyd edib ki, indiki vəziyyət ağırdır və dünya üçün çox çətin andır: “Ancaq ümid işığı da görünür. Koronavirusu məhv etmək heç zaman gec deyil”. Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxmaya dair 20 milyondan artıq fakt qeydə alınıb. Ölü …

Read More »