Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

Azərbaycanda BU GÜN: Yoluxma 100 rəqəminə düşdü – RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat …

Read More »

Medvedev Azərbaycan və erməni diasporlarına xəbərdarlıq edib

Rusiyanın sabiq Prezidenti və Baş Naziri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan və erməni diasporlarını məsuliyyətli olmağa çağırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə D. Medvedev Rusiyada Ermənistan və Azərbaycandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib. “Bütün bunlar, yəni Dağlıq Qarabağ münaqişəsi xarici problemdən daxili problemə çevriləndə, bu diasporlar da …

Read More »

Türkiyə antiterror fəaliyyətləri üzrə ən təcrübəli ölkə sayılır

Qərb ölkələrindən və Rusiyadan fərqli olaraq Türkiyə terrorla və terrorçularla real surətdə mübarizə aparır. Ancaq terrorizmlə mübarizə təkcə bir ölkənin əlahiddə şəkildə görə biləcəyi iş deyil. Çünki terrorizm qlobal problemdir. “Beynəlxalq terrorizm” ifadəsi əbəs yerə yaranmayıb ki. Bu baxımdan, son 30 ildə terrorizm Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Türkiyə, İran və Azərbaycan da …

Read More »

Xudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl …

Read More »

“Təhsil haqları yarıbayarı azaldılmalıdır” – Deputatdan TƏKLİF

“Azərbaycanda təhsil haqları yarıbayarı azaldılmalıdır”.  Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edən deputat Erkin Qədirli təklif olaraq səsləndirib.O bildirib ki, 2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri azaldılırsa, vətəndaşların da təhsil xərclərinin azaldılması zəruridir.

Read More »

Təhsil Nazirliyindən yeni tədris iliylə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi yeni dərs ilində tədris prosesinin təşkili haqqında məlumat yayıb. Boyukmillet.com bildirir ki, məlumatda qeyd edilir ki, ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə  31 avqust 2020-ci il tarixədək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda …

Read More »

Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?”

“Bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir”.  Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu”nun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.Onun sözlərinə görə, hamıya aydındır ki, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir:“Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük …

Read More »

Azərbaycan-Türkiyə təlimlərinin növbəti mərhələsi

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə …

Read More »

Bu şəxslərə güzəştli kreditlər verilsin – Deputatdan təklif

“Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı heç kəsdə dəqiq təsəvvür yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib. O bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə çox ciddi tədbirlər görülür: “Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım alan şəxslərin siyahısı və kateqoriyası daha da dəqiqləşdirilsin. Bu …

Read More »

Sərt karantin tətbiq edilən ərazilərdə məhkəmələr belə keçiriləcək – QAYDALAR

Ali Məhkəmə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb. Ali Məhkəmədən verilən məlumata görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Nazirlər Kabinetinin 2020-ci il 04 avqust tarixli 278 nömrəli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il …

Read More »