Şənbə , 27 Aprel 2024
Drone Cameras

Bu şəxslərə güzəştli kreditlər verilsin – Deputatdan təklif

“Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı heç kəsdə dəqiq təsəvvür yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

O bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə çox ciddi tədbirlər görülür: “Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım alan şəxslərin siyahısı və kateqoriyası daha da dəqiqləşdirilsin. Bu gün bəzi sahələr fəaliyyətini dayandırıb və həmin sahələrdə çalışan şəxslər gözlənilən gəliri əldə edə bilmir. Hesab edirəm ki, onlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər hökumət tərəfindən hazırlansa, daha yaxşı olar”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …