Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

Neft bazarı yenə təhlükə qarşısında: qiymətlər gələn il də artmaya bilər

Neft bazarı martdan özünə gələ bilmir. Bir tərəfdən qlobal səhiyyə böhranı, digər yandan OPEK üzvləri arasındakı fikir ayrılığı qiymətlərə çox təsir göstərib. Bu müddət ərzində “Brent”in bareli 45 həddini çətinliklə keçib. Amma iyulun 31-də gün ərzində baş verənlər nikbinliyə əsas vermir. Boyukmillet.com xəbər verir ki, neft bazarı yenə təhlükə qarşısındadır. Yanacaq dəyər itirməyə başlayıb. Gün ərzində “Brent”in barelinin hətta 42 …

Read More »

Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan  və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Read More »

Ombudsman onlayn görüşdə iştirak edib

İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib. Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəhs olunan tədbir  hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı …

Read More »

Bakıda 16 yaşlı qız 3-cü mərtəbədən yıxıldı

Bakıda bədbəxt hadisə baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonun ərazisində yerləşən Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Belə ki, 2004-ci il təvəllüdlü Ağamirova Lalə Rasim qızı həmin küçədə yerləşən 21 saylı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı A. Laləyə döş qəfəsinin əziyi və çanağın sınığı diaqnozu qoyulub.

Read More »

İctimai nəqliyyat iki gün işləməyəcək

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib. Boyukmillet.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust …

Read More »