Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

Saatlının yeni icra başçısı kimdir? – Dosye

Prezident İlham Əliyev Elmir Məmməd oğlu Bağırovu Saatlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Boyukmillet.com  xəbər verir ki, Elmir Bağırov əslən Masallı rayonunun Hişkədərə kəndindədir, 40 yaşı var. Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasını bitirib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “Dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistratura …

Read More »

İnsanları narahat edən problemlər öz həllini tapmalıdır – Prezident tapşırıq verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com dövlət başçısının videoqəbuldakı çıxışından bəzi məqamları təqdim edir. “İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır”. …

Read More »

Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” – VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə sabiq deputat Hadi Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə paytaxt restoranlarının birində toy etdiyi iddia olunub. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “news24.az”a açıqlama verən Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu fikirləri səsləndirib: “Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada …

Read More »

Rayonlara gediş-gəliş bərpa edilir? – Açıqlama

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Bildiyiniz kimi 31 avqust saat 00:00-da ümumi karantin rejimi bitir. …

Read More »

Elmar Vəliyevin işçilərinin nəyə görə tutulduğu açıqlandı

Baş Prokurorluq Gəncə İşra Hakimiyyətinin keçmiş işçilərinin həbs edilməsi ilə bağlı məlumat yayıb Qurumdan daxil olan məlumatda deyilir: Yerli icra hakimiyyəti qurumunun vəzifəli şəxslərinin korrupsiya hüquqpozmaları törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri kimi, …

Read More »

Ramiz Mehdiyevə qanunun sərt üzü göstərilirsə, sahibkarların pulunu mənimsəyən Zakir Fərəcov niyə məsuliyyətdən kənar qalmalıdır…

Artıq bir neçə gündür ki, ölkə gündəmini Prezident və ölkənin rəhbərliyinə qarşı təşkil edilən məmur sabotajı ilə bağlı mövzu  zəbt edib. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının indiki prezidenti  Ramiz Mehdiyevin pandemiya dönəminin tələblərinə məhəl qoymadan, öz nəvəsinə etdiyi toydan gedir. Məsələ burasındadır ki, Ramiz Mehdiyev bu sabotaj əməlini tək yox, başına topladığı bir qrup sabiq və hazırda …

Read More »

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.

Şəxsi ambisiyalarının əsirinə çevrilən UKRAYNA AZƏRBAYCANLILARI BİRLƏŞMİŞ DİASPORUNUN sədri Hikmət Cavadovun qaranlıq fəaliyyəti ətrafında yaranan söz-söhbətlər , Ukraynada qeyri-müəyyən fəaliyyətlə məşğul olması barədə ittihamlar səngimək bilmir.Onun ya bilərəkdən göstərdiyi fəaliyyət , ya da populizmə söykənən hərəkətləri sonunda dövlətçiliyə ciddi zərbə vurmaqdadır.Müşahidələr göstərir ki , H.Cavadovun sərsəm ambisiyalarının arxasında hansısa müəmmalı qüvvələr dayanır.Buna sübut olaraq son illər H.Cavadovun qaranlıq fəaliyyətinə nəzər …

Read More »

Azərbaycanın Xarkovdakı Fəxfi Konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukrayna arasında strateji əlaqələrin perspektivləri mövsuzuna həsr olunmuş onlayn video konfrans keçirilib.

Video konfransda Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun sədri, Vladimir Kreydenko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov Vilayət Radasının deputatı Nikolay Titov,Vilayət radasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Natalya Zorçenko, Kharkov Şəhər Şurasının beynəlxalq əməkdaşlıq departamentinin direktoru Viktor Rud, V.N. Karazin adına Beynəlxalq Təhsil və Elmi İnstitutunun direktoru, Aleksandr Navrotskiy, Xarkov şəhər radasının deputatı Qabriel Mixaylov, Sumı şəhər radasının deputatı …

Read More »

Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarədən atası haqqında düşüncələr…

Atasızlığın 40-cı günü… “Atam, hər şeyim, artıq 40 gündür ki, yoxsan. Özüm də bilmirəm necə dözürəm buna… Yoxluğuna… Uşaq vaxtdan həmişə qorxardım sizlərdən birini itirməyə, deyərdim ki, yaşaya bilmərəm, amma insan çox qəribədir, Ata, yanıb kül olsa da, yaşayırmış bunu öyrəndim. Hər zaman ad günündə gecə saat 12-ni gözləyərdim ki, birinci mən təbrik edim səni, amma indi bu sözləri yazıram… …

Read More »

Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” – Müsahibə

Bədrəddin Quliyev: “Dövlətdə təmsil olunan qüvvələrlə milli qüvvələr islahatlar aparmalı, ölkədə demokratik proseslərə start verilməli, hətta hakim partiyada da milli qüvvələr irəli çəkilməlidir”Azərbaycan və Türkiyə ordusunun ölkəmizdə keçirdiyi birgə hərbi təlimlər artıq başa çatıb. Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində deyib ki, iyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində təcavüz cəhdindən sonra ölkəmizdəki “Beşinci kolon” aranı qarışdıraraq dövlət çevrilişi …

Read More »