Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Saatlının yeni icra başçısı kimdir? – Dosye

Prezident İlham Əliyev Elmir Məmməd oğlu Bağırovu Saatlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Boyukmillet.com  xəbər verir ki, Elmir Bağırov əslən Masallı rayonunun Hişkədərə kəndindədir, 40 yaşı var.

Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasını bitirib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “Dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistratura və əyani doktorantura pilləsindən məzun olub. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc “siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adı alıb.

2004- cü ildən Heydər Əliyev Fondun “azerbaijan.az” layihəsinin koordinatoru vəzifəsini icra edib. 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib.

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışır.

Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın “siyasi idarəetmə və politologiya” kafedrasında müəllim və “beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir.

10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olub, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunub.

Evlidir, 2 övladı var.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …