Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı azaldı – RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890, ötən müddət ərzində isə ümumilikdə 878667 test aparılıb.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …