Paşinyan ABŞ səfirliyinin binasında gizlənir. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, kapitulyasiyadan sonra hökumətin istefasını tələb edən Ermənistan xalqı genişmiqyaslı etiraz aksiyaları keçirir. Onlar hökumət, parlament binalarını və Baş nazir Nikol Paşinyanın iqamətgahını ələ keçiriblər. Lakin onların heç birində baş naziri tapa bilməyiblər. İddia olunur ki, hökumət başçısı müdafiə nazirliyinin sığınacağında gizlənir. Bir başqa iddiaya …
Read More »Yearly Archives: 2020
Müharibədən sonra Laçın dəhlizi – FOTO
Dağlıq Qarabağda və Laçın dəhlizində yerləşdiriləcək rusiyalı sülhməramlılar müşahidə postlarını qurmağa başlayıb.Boyukmillet.com xəbər verir ki, Laçın dəhlizində rus hərbçilərin qurduğu ilk postun fotosu yayımlanıb.Xatırladaq ki,Azərbaycan Prezidenti, Ermənistanın Baş nazirivə Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanatın 3-cü bəndinə əsasən,Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və …
Read More »Türkiyə prezidenti: “Azərbaycanla ortaq gələcəyimizi birgə quracağıq”
“Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər paşanın, Nuri paşanın, Zeynalabidin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şad olub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qürurları qürurumuzdur. Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”, – o …
Read More »SON DƏQİQƏ: sənəd imzalandı, türk ordusu da Qarabağda olacaq – Ərdoğan ELAN ETDİ
“İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib: “Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma bu …
Read More »SON DƏQİQƏ: ermənilər Kəlbəcəri BOŞALTMAĞA BAŞLADI
Kəlbəcərdəki erməni əhalisinin təxliyəsi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcərin erməni sakini, politoloq Aleksandr Kananyan bildirib. Onun sözlərinə görə, hərbçilər sakinləri evlərini tərk etməyə sövq edir və böyük əşyaları çıxartmalarına imkan vermir. Dağlıq Qarabağla bağlı imzalanan üçlü bəyanata əsasən, Kəlbəcər rayonu 15 noyabr tarixinədək Azərbaycana təhvil veriləcək.
Read More »Qarabağda qurulacaq müşahidə postlarının sayı AÇIQLANDI
Rusiya Baş Qərargahının Operativ İdarəsinin rəisi Sergey Rudskoy Qarabağda qurulacaq müşahidə postlarının sayını açıqladı. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağın bir hissəsində və Laçın dəhlizi boyunca 16 müşahidə məntəqəsi yaradılacaq. Müşahidə postları Laçın və Turşsu zovxozu …
Read More »“Ermənilər Kəlbəcərdə tarixi monastırı saxtalaşdırdı, indi isə qeyri-qanuni olaraq…” – FOTO
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Xudavəng monastırı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb: “Monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən Kəlbəcərdə inşa olunub: 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. İndi Kəlbəcər işğaldan azad …
Read More »İlham Əliyev və Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Rusiyalı sülhməramlıların Qarabağdakı missiyası – 3 ŞƏRT
“Bakı və Yerevan hərbi əməliyyatları dayandırıb. Onların hərbçiləri tutduqları ərazilərdə qalırlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı açıqlama verib. Baş Qərargah Qarabağda qurulacaq müşahidə postlarının məqsədini açıqladı atəşkəsin pozulması halları barədə məlumat toplamaq və bu məlumatları sülhməramlı komandanlığa ötürmək.tranzit nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdinc əhaliyə qarşı qanunsuz hərəkətlərin qarşısını almaq Xatırladaq ki, Laçın dəhlizi və …
Read More »Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü
Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy verib. “Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu – “Report”) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarəti altına alıb”, – o qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar