Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Abşeronda naməlum mərmi zərərsizləşdirildi

Abşeron rayonunda naməlum mərmi zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdalan şəhəri Rövşən Əliyev küçəsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb və hər hansı yanğın hadisəsi baş verməyib. Raketin qalıqları polislərə təhvil verilib. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

Read More »

Türkiyə və Rusiya sülhməramlıların Qarabağda fəaliyyəti ilə bağlı razılaşmanı imzalayacaqlar

Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədinin imzalanması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti və monitorinqi ilə əlaqədar razılaşma sazişinin imzalanması gözlənilir.

Read More »

Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb?

Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür. Bəs həmin dövlət binası hansıdır?   Əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır. Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi isə Azərbaycanın üçrəngli bayrağı…

Read More »

Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb. “Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün …

Read More »

“Xalqımız Şuşa zəfəri ilə yenidən doğuldu, yeni doğuluşu ilə də bütün dünyaya öz bütövlüyünü, birliyini, iradə və əzmini nümayiş etdirdi.

Samir Adıgözəlli: “Müasir Azərbaycan tarixində müxalifətli, iqtidarlı, uşaqlı-böyüklü hamı bir araya gəldi, hamı Şuşa naminə birləşdi, bir milli birlik, həmrəylik mənzərəsi yarandı” Şuşanın işğaldan azad ediləcəyi günü xalq olaraq 28 ildir ki, böyük həsrətlə gözlədik. Nəhayət ki, həsrətin ömrü başa çatdı, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdı. Şuşanın işğaldan azad edilməsi müjdəsi bütün xalqımızı birləşdirdi …

Read More »

Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib. Bu barədə Boyukmillet.com Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər …

Read More »

Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə daha bir neçə kəndin işğaldan azad edildiyini bildirib. “Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), …

Read More »

Sabir Rüstəmxanlı: “Laçın yolunun bağlanması müharibənin taleyini dəyişəcək” – Müsahibə

Boyukmillet.com Milli Məclisin deputatı, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir: – Sabir bəy, Azərbaycan Ordusu Şuşa daxil olmaqla bir sıra rayon və şəhərlərimizi işğaldan azad edib. Hazırda cəbhədə durumu və Ordumuzun mövqelərini necə qiymətləndirirsiniz? – Azərbaycan Ordusunun müharibə apardığı ərazinin coğrafi mövqeyi və relyefini nəzərə alsaq, çox qısa müddətdə Ermənistan ordusunun müqavimətini qırıb, nizami ordunu pərən-pərən salıb. …

Read More »