Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 303 …
Read More »Yearly Archives: 2020
Deputat: “Kafeləri Şəhidlər xiyabanlarının yanından yığışdırmaq lazımdır”
Milli Məclisin bu gün keçirilən plenar Azərbaycanın rayonlarında şəhidlər muzeyinin yaradılması təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib. Deputat bildirib ki, kafeləri, kefxanaları şəhidlər xiyabanlarının yanından yığışdırmaq lazımdır: “Azərbaycanın rayonlarında isə şəhidlər muzeyi yaradılmalıdır”.
Read More »Bakı metrosunda daha bir qatar texniki yeniliklərlə əsaslı təmir olunub
Bakı metropolitenində əsaslı təmir olunaraq modernləşdirilmiş daha bir qatar xətlərdə sərnişinlərə xidmət göstərməyə tam hazır vəziyyətə gətirilib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, metropoliten vaqonlarının özləri kimi, detalları da əsasən ölkəmizdən kənarda istehsal olunduğundan, 2020-ci ildə dünyanı bürümüş yeni növ koronavirus (COVID-19) pandemiyası bu sahəyə də öz təsirini göstərib. Lakin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi mütəxəssislər qarşısında vəziyyətdən ən optimal müsbət qərarla …
Read More »Dünən şəhid olan hərbçimiz bu medallarla təltif edilmişdi
Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı. Boyukmillet.com Hit.az-a istinadən xəbərə görə, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub. E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad …
Read More »Qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlandı
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, …
Read More »Putinlə Koçaryan Ermənistandakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın keçmş prezidenti Robert Koçaryan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. V.Putinlə R.Koçaryanın telefon danışığı bir saatadək sürüb. Onlar Ermənistandakı vəziyyəti müzakirə ediblər.
Read More »“Xudayar təsnifi”nin yeni versiyası təqdim olunub
Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda, Vətən Müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış “Vətən yaxşıdır” təsnifini Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib. Mərkəzdən verilən məlumata görə, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. …
Read More »Avtomobil yolu keçən şəxsi vuraraq öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 26-ı saat 19 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Tağıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İkram İsmayılovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Read More »Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydada keçiriləcək
“Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq. M.Abbaszadə əlavə edib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış …
Read More »Gələn ildən Azərbaycanda hər kəsin ailə həkimi olacaq
2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar