Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycan bayrağı Tbilisidəki monitorlarda nümayiş etdirilir

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrində olan reklam monitorlarında Azərbaycan bayrağı nümayiş etdirilir. Boyukmillet.com xəbər verir ki, aksiya 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ölkənin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi yerində qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.

Read More »

MN: Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub

Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Boyukmillet.comAzərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi …

Read More »

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydendən kömək istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi …

Read More »

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu …

Read More »

Xankəndidən qaçan erməni həkimdən şok sözlər: Hər yerdə ölü və yaralı əsgər…

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə qalan bütün qadınlar və uşaqlar təcili təxliyə olunmuşdu.  Ən son təxliyə olunanlardan biri erməni həkim maraqlı faktlar açıqlayıb.  O bildirib ki, bütün qohumları artıq Yerevandadır: “Mən həkiməm. Sona qədər gözlədim ki, bəlkə vəziyyət bizim üçün düzələr. Amma belə olmadı. Çalışdığım xəstəxanada çox sayda yaralı və ölmüş erməni əsgər var idi. Çox dəhşətli idi”. Həkim …

Read More »

Gürcüstanda yaşayan soydaşlarımız Şuşanın azad olunmasını təntənə və coşqu ilə qeyd ediblər – FOTOLAR

Gürcüstanda yaşayan soydaşlarımız şanlı Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan zad etməsini böyük coşqu ilə qeyd ediblər. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın xalqa müraciəti zamanı qədim mədəniyyət ocağı Şuşanın işğaldan azad olunması barədə verdiyi xəbər dünyanın hər yerində olduğu kimi, Gürcüstanın Marneuli şəhərində də təntənə ilə qeyd olunub. Qədim mədəniyyət mərkəzi, Qarabağın gözü Şuşanın 28 …

Read More »

“Qardaşıma sonsuz minnətdaram” – Sevil Əliyeva

“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”. Boyukmillet.com xəbər verir ki, bunu haqqın.az-a Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib.  Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib: “İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. …

Read More »

Prezident: “Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə birliyi sarsılmaz və əbədidir”

“Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edərkən deyib. Prezident İlham Əliyev qeyd edib ki, bu, …

Read More »

“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”

Cəlil Xəlilov: “Bu zəfər bütün müharibənin taleyini həll edilməsi deməkdir” “Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür” Bu gün ölkə başçısı xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti ilə diqqət çəkən Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirib. Bu tarixi hadisə ilə …

Read More »

Bayden xalqa səsləndi: Trampa səs verənlər…

Söz verirəm ki, parçalayan deyil, birləşdirən prezident olacağam. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib. O bildirib ki, prezident Trampa səs verənlərin məyusluğunu başa düşürəm: “Mən iki dəfə məğlub olmuşam. Ancaq indi bir-birimizə şans verməliyik. Rəqiblərimizə düşmənimiz kimi baxmamalıyıq. Onlar düşmənimiz deyil, amerikalıdır. Bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacağam. …

Read More »