Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Ermənilərin hərbi texnikası, yük maşını məhv edilib və sıradan çıxarılıb

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb. Bu barədə Boyukmillet.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Read More »

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz …

Read More »

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüş barədə danışmaq hələ tezdir” – Rusiya XİN

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşün təşkili barədə danışmaq hələ tezdir”. Boyukmillet.com “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Onun sözlərinə görə, “indi ekspert səviyyəsində, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində danışıqlar aparılır”. Nazir müavininin sözlərinə görə, Rusiya münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünə istinad edir. Andrey Rudenko deyib: “Çözüm bütün tərəflərin maraqlarını nəzərə …

Read More »

Sabir Rüstəmxanlı beynəlxalq ödülə layiq görüldü

Türk Ədəbiyyatı Fondu tərəfindən təsis olunan 2020-ci ilin ödüllərinin təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mükafatlandırılanlar sırasında xalq şairi Sabir Rüstəmxanlı da var. Mükafatlar sahiblərinə Fondun rəhbəri Serhat Kabaklı tərəfindən təqdim olunub. Sabir Rüstəmxanlı nüfuzlu beynəlxalq ödülə türk mədəniyyətinə göstərdiyi xidmətlərinə, milli ruh və düşüncəsinə, eləcə də Azərbaycan və türk dünyasında məşhur olan əsərlərinə görə layiq görülüb.

Read More »

Qarabağın hər parçasına igidlərimizin ayağının dəyməsi ora yeni müqəddəslik bəxş edir

Atəşkəsdən düz 22 il sonra, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin işğaldan azad olunmasıyla Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdışın reallaşdırılması hamımızda böyük ruh yüksəkliyi yaratdı. Kiçik kəndə də olsa 22 il sonra yurdumuza dönməyimiz, vətənimizin bir guşəsində yenidən bayrağımızın ucaldılması, orada yaşayışın bərpa olunması içimizdə böyük qayıdışın başlanmasına inamın alovunu əhəmiyyətli ölçüdə gücləndirdi. Çox sevincliydik. Çünki xalqımızın ənənəvi qələbə ruhu sanki …

Read More »

Türkiyə nümayəndə heyətinin Naxçıvana səfəri ilə bağlı mətbuat bəyanatı olub

Boyukmillet.com xəbər verir ki, noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış olmuşdur.  Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırım demişdir: Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda əldə etdiyi qələbələrdən böyük qürur duyuruq. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tək deyil. Türkiyə hər zaman …

Read More »

Putin Qarabağla bağlı nöqtəni qoydu: “Fikri qətidir”

“Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistana kömək etməyəcək, Prezident Putinin bununla bağlı fikri qətidir”. Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. Ekspert Ermənistan Baş nazirinin cidd-cəhdlə Rusiyanı təxribata çəkməyə çalışdığını bildirib: “Ermənistan lideri Nikol Paşinyan sözün əsl mənasında Rusiyaya Dağlıq Qarabağdakı müharibədə ölkəsinə kömək çağırışları ilə hücum edir. Paşinyanın iki hədəfi var. Birincisi, Rusiyanın hərbi yardımını artırmaqdır. İkincisi …

Read More »

“Keçmiş olsun, gözəl körpəm” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə dağıntılar altından 91 saat sonra xilas edilən Ayla Gezgin barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, ölkə başçısı 4 yaşlı körpənin fotosunu paylaşaraq ona can sağlığı arzulayıb. “Möcüzənin adı Ayla… 91 saat sonra sənin o gülən gözlərinlə birlikdə hamımıza yeni ümidlər bəxş edən Allaha şükürlər olsun. Keçmiş olsun, gözəl körpəm”, – deyə Ərdoğan qeyd edib.

Read More »

Düşmənin snayper qrupu məhv edildi

İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələr endirilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu zərbələr nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

Read More »