Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Read More »Yearly Archives: 2020
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir. Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.
Read More »Naxçıvanda Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib
Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var. Boyukmillet.com xəbər verir ki,oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan …
Read More »Paşinyanın yaxın dostu, “Soros keşikçisi” məhv edildi – Foto
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın dostu, həmçinin rəsmi İrəvanın “İnqilab Keşikçiləri” təşkilatının lideri Ayk Stepanyan işğal altında olan Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı zamanı məhv edilib. Stepanyanın adı Ermənistan Müdafiə Nazirliyinin nəşr etdiyi məhv edilmiş erməni hərbçilərinin yeni siyahısında yer alıb. Qeyd edək ki, Ayk Stepanyan Ermənistanın hazırkı baş nazirinin qatı tərəfdarı olub. Onun sayəsində Paşinyan “məxməri inqilab” …
Read More »Naxçıvan Bölməsində tələbələrinin tərcümə etdiyi nümunələr müzakirə olunub
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin “Tərcümə” (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələrinin tərcümə etdiyi nümunələrin müzakirəsi keçirilib. Əvvəlcə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə …
Read More »Türkiyənin sabiq baş naziri vəfat edib
Türkiyənin sabiq baş naziri Məsud Yılmaz İstanbulda dünyasını dəyişib. Boyukmillet.com “Sözcü”yə istinadən xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürət xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, “Ana Vətən” partiyasının keçmiş sədri Məsud Yılmaz Türkiyənin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. O, indiyədək 6 dəfə millət vəkili seçilib.
Read More »Putinin çıxışı – Rusiya yeni reallığı nəzərə alır
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib. “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, – deyə ifadə edən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb. …
Read More »Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir. Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.
Read More »MN: Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur
Bu gün saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.
Read More »“The New-York Times” nəşrində ermənilərin Bərdəni atəşə tutması barədə məqalə dərc edilib
“The New-York Times” nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib. Boyukmillet.com xəbər verir ki, jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar