Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

“Hər kəs ağlını başına yığsın, Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək” – Hülusi Akar

“Cinayətkar Xəlifə Haftar və tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum olarsa, onlar qanuni hərbi hədəfə çevriləcəklər”. Bunu Liviyada səfərdə olan Türkiyə Müdafiə Naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib. Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından …

Read More »

Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi

“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib. Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi …

Read More »

Pakistanda terrorçular hərbçilərə hücum edib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı yeddi hərbçi həlak olub. Boyukmillet.com-um məlumatına görə, bu barədə “Sinxua” agentliyi Pakistan Ordusunun mətbuat xidmətinə istinadən xəbər verib. Qeyd olunub ki, təhlükəsizlik rəsmiləri ilə terrorçular arasında atışma ötən gün axşam (26 dekabr – Red) baş verib. Hərbçilər yaraqlıların hücumunu dəf etməyə müvəffəq olublar. Bundan sonra …

Read More »

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri cənab Pervez Xattaka və Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı …

Read More »

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb. “Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” …

Read More »

Azərbaycanda koronavirusa 1 519 yeni yoluxma qeydə alınıb, 4 471 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 …

Read More »

Ermənistan üzərindən Bakı-İstanbul reysi həyata keçirilir

Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycan sərnişinləri üçün açıb. Bu barədə Boyukmillet.com “Avia.pro”ya istinadən xəbər verir. Qeyd edilir ki, söhbət mülki aviasiyadan gedir. Məlumata görə, artıq “Turkish Airlines” birinci reysini həyata keçirib. Sərnişin layneri Bakıdan Ermənistan üzərindən İstanbula uçub.

Read More »

Putinin sözçüsü prezidentin nə üçün peyvənd edilməməsindən danışıb

Rusiya Federasiyasnın Prezidenti Vladimir Putin yaxın perspektivdə özünün peyvənd edilməsindən danışacaq. Boyukmillet.com  xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində bildirib. “O, məhz özü (danışacaq-red) və dedi ki, bunu mütləq özü edəcək. O dedi ki, peyvənd ediləcək, o, belə qərar qəbul edib və bütün rəsmi prosesin tamamlanmasını gözləyirdi”, – Peskov telekanalın efirində bildirib.

Read More »

Əsir və girovluqdan xilas olunanların karantin müddəti bitir

Dekabrın 14-də Ermənistanın əsir və giroluğundan azad edilmiş vətəndaşlarımız-Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyevin bu gün ailələrinə təhvil veriləcəyilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Amin Musayevin dayısı Sənan Saqıov Modern.az-a bacısı oğlu ilə telefon vasitəsilə danışdıqlarını deyib: “Artıq on dörd gündür …

Read More »

Koronavirus niyə mutasiyaya uğradı? – Professor açıqladı

Koronavirusun dərmanlarla müalicəsi, həmçinin antikorlarla plazma istifadəsi yeni ştammların və mutasiyaların yaranmasına səbəb olur. Boyukmillet.com xəbər verir ki, bu barədə Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Anç Baranova söyləyib. Mütəxəssis bildirib ki, İngiltərədəki koronavirus çeşidi daha yoluxucudur, lakin bu, onun daha təhlükəli olduğu anlamına gəlmir. Bununla birlikdə bioloq xatırladıb ki, patogenin dəyişikliklərə uğraması insanın daxilində uzun müddət qalıb inkişaf etməsi …

Read More »