Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Boyukmillet.com Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha …
Read More »Yearly Archives: 2020
Qisas əməliyyatının nəticəsi – Hər yer erməni meyitləri ilə doludur – VİDEO
Dinc sakinləri hədəf seçən düşmənin cavabı döyüş meydanında verilir. Cəbhədən gələn yeni görüntülər düşmənin böyük itkilər verdiyinə əyani sübutdur. “Caliber Az” “Youtube” kanalında yayımlanan kadrlarda görünür ki, hər yer meyitlərlə doludur. Sözügedən kadrları təqdim edirik: https://www.youtube.com/watch?v=8zMLX2nMffc&feature=emb_logo&has_verified=1
Read More »Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1 000-i keçdi
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 636 nəfərdir. Ötən müddət …
Read More »TƏCİLİ – Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Read More »Ermənistanda “kişi qalmadı”: Düşmən qadınları önə verməyə başlayır
Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətdə qoyub. Düşmən artıq kişilərdən ibarət ordusunu Azərbaycan hərbçiləri qarşısına çıxarmaqda çətinlik çəkir. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da etiraf etmişdi ki, onlar cəbhədə savaşmaq üçün qadınlardan ibarət batalyon yaradıblar. Son günlərdə Ermənistan Qarabağ müharibəsində qadınlardan ibarət könüllülərin qəbulu prosesini davam etdirir. Erməni mətbuatınını məlumatına görə, cəbhə bölgəsindəki döyüşlərdə erməni …
Read More »Erməni əsgərlərin meyitləri və Ermənistan vətəndaşları qarşı tərəfə təhvil verilib
Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Read More »“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: Buna hüququ varmı?
“Azərsun Holdinq”in qiymətləri artırması çoxsaylı müzakirələrə səbəb olub. Şirkət şəkər tozu və bitki yağlarının qiymətini kəskin şəkildə artırıb. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən də hazırda davam edən müharibə şəraiti və koronavirusun tüğyan etdiyi bir zamanda qiymətlərin bu cür qaldırılması insanların qəzəbinə səbəb olub. İqtisadçı alim Qubad İbadoğlu məhsulların qiymətindəki artımı holdinqin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməsi ilə əlaqələndirib …
Read More »Hikmət Hacıyev: “Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar”
“Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: “Qarşıdan Cenevrə …
Read More »Ermənistan diplomatların səfərdə olduğu Bərdəni atəşə tutdu
Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, hazırda Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərində səfərdədir. Onları Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov müşayiət edir.
Read More »Dövlət rəsmiləri və diplomatlar Bərdədədir
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərinə gəliblər. Boyukmillet.com-un ərazidə olan əməkdaşının verdiyi məlumata görə, onlar Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olurlar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar