Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Naxçıvan Bölməsində “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb. Sərgidə ”Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, ”Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər”, “Qarabağ dosyası” və digər bu qəbildən olan kitabların elektron …

Read More »

“Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq” – “Komsomolskaya Pravda”

“Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq. Və doğru edəcək”. Boyukmillet.com  bildirir ki, bunu “Komsomolskaya pravda”ya müsahibəsində peşəkar hərbi konfliktoloq İqor Lifanov deyib. Lifanov qeyd edib ki, Ermənistan və Qarabağda vəziyyət nə qədər pis olarsa, bu, Putinə bir o qədər sərfəlidir. “Burada məşhur “nə qədər pis olsa, bir o qədər yaxşıdır” prinsipi …

Read More »

Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib. A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən …

Read More »

“Ginnesin rekordlar kitabı”na düşmüş metro yanğınından 25 il ötür

“1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılmış şənbə günü kimi düşüb. 25 il öncə axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə …

Read More »

MN: Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə …

Read More »

Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır. Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Read More »

Sensasion “F-16” xəbərdarlığının pərdəarxası

Prezident İlham Əliyev ilk dəfə bu incə nüansı xalqın qarşısında dilə gətirməli oldu. Ölkə başçısı əcnəbi jurnalistlərin ona bu mövzuda verdiyi suallardan təngə gələrək xalqa müraciətində reallığı açıqladı, ciddi xəbərdarlıq etdi. Söhbət Türkiyəyə məxsus “F-16″ qırıcılarının Azərbaycanda olmasından gedir. İ.Əliyev dəfələrlə vurğulayıb ki, həmin qırıcılar hərbi təlimlərə gəlmişdi və indi yerdədir, heç bir halda istifadə edilmir. Amma xarici telekanalların jurnalistlərinin …

Read More »

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki,bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər. Vüsalə Abbasova

Read More »

MN: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Bu barədə Boyukmillet.com Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Read More »