Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

“Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib. Onun sözlərinə görə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti …

Read More »

Spiker: “Türkiyə ilə Azərbaycan bir-birinə əbədi güvənib və güvənəcək”

“Azərbaycan və Türkiyə qardaş xalqlardır. Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Türkiyə və Azərbaycan bir-birinə əbədi güvənib və güvənəcək”. Boyukmillet.com  xəbər verir ki, bunu Millət Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. O vurğulayıb ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyil: “Türkiyə Azərbaycanın yanındadır”.

Read More »

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi …

Read More »

TBMM Sədrinin iştirakı ilə Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib. İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxış edəcək. Daha sonra isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və …

Read More »

Prezidentin uzaqgörən siyasəti – “Xudafərin” və “Qız Qalası” su bəndi

Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizliyini təhdid ediblər. Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişin təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənistan tərəfindən vurulmuşdu. Onda İranın Moskvadakı …

Read More »

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

2020-ci il 19 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub. ANAMA-dan  verilən məlumata əsasən, daxil olmuş 20 çağırış …

Read More »

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, …

Read More »

Ayna Fərhad yazır: Zalımlardan Tanrıya şikayət

Salam Tanrı mənim adım Zərifədir. Səkkiz yaşım var. Anam deyir hərzaman sənə dua etməliyik. Sən hərşeyi görüb eşidənsən. Nolar Tanrım mənim səsimidə eşid. Dünyanın eşitməsinədə yardımcı ol. Mən artıq gecələr yatmağa qorxuram. Hər açılan yeni səhərdə dostlarımın sənin yanına gəldiyini eşidirəm. Yaşadığım kəndə çox qorxulu hadisələr yaşanır. Atam deyir illərdir biz düşmənliyik. Yırtıcı bir yaratıq torpaqlarımızda taxt qurub. Qovmaq istədiyimiz …

Read More »

“Həvəskar xəbər yayımçılığı ordumuza zərər vurmaqdan başqa bir rol oynaya bilməz” – Aydın Quliyev

Azərbaycan Müdafiə Nazirliyinin düşmənlə informasiya müharibəsi məsələləri barədə sosial şəbəkə istifadəçilərinə və xəbər yayımçılarına son müraciəti zərurətdən əmələ gəlib, dövlət və milli təhlükəsizlik mənafelərimizə tam uyğundur və praktik əhəmiyyətə malikdir. Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, media eksperti Aydın Quliyev deyib. O bildirib ki, indi elə bir dövrdür ki, informsiya məkanında xəbər istehsalçısı və ya yayımçısı olmaq istəyən hər …

Read More »

Prezident İlham Əliyev: “Əgər Türkiyədən bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi”

Əgər Türkiyədən açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Baki-xeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, …

Read More »