“Azərbaycan vətən müharibəsi aparır, şəhidlərimiz, yaralılarımız var. Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Read More »Yearly Archives: 2020
Cəbhədən son xəbərlər: Ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz- Video
Xocavənd rayonunun işğaldan azad olan kəndlərinin videogörüntüsü
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Ermənistan Ordubada raket atıb
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Read More »Ermənilər Suqovuşan hidroqovşağında bütün avadanlığı yararsız hala salıb
Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib. Onun …
Read More »“Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyasının təqdimatı olub
AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığına həsr olunan və müəllifin sayca 7-ci monoqrafiyası haqqında …
Read More »“Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib
AMEA-nın Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib. Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 17 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən baş tutub. Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə iştirakı ilə keçirilən …
Read More »İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, müsahibə qısa müddət ərzində yayımlanacaq
Read More »DYP-dən vətəndaşlara çağırış: “Diqqətli olun!”
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ətazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur. …
Read More »Ən şirin nemət….
Nigar “Onunla” hər dəfə “görüşə” həsrətlə can atsa da, mənzilbaşına yaxınlaşanda “ürəyi qulaqlarında döyünür”, dizləri bükülür, ayaqları sözünə baxmırdı. Beləcə, gənclik şövqünü itirməmiş, məhəbbət və qayğı dolu baxışları ilə Nigarı “qarşılayan” “Ona” yaxınlaşdı, ehmalca “qarşısında” diz çökdü. Qəlbindəki xatirələr yumaq-yumaq çözələnib, gözlərində yaşa dönüb gilələndikcə, yanağıboyu yuvarlandıqca, ürəyinə bir sərinlik gəldiyini hiss edirdi… * * * Evə “gələn qəfil qonaq” …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar