“Bilindiyi kimi, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir”. Boyukmillet.com xəbər verir ki, bunu “Rossiya 24”ə açıqlamasında Rusiya prezidenti Vladimir Putin söyləyib. “Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik”, – ölkə başçısı vurğulayıb.
Read More »Yearly Archives: 2020
Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunub
Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, qətnamə təşəbbüsü İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülüb. Qətnamədə qeyd olunur ki, Ermənistan tərəfdən 27 sentyabr 2020-ci ildə başlayan və hər gün artan təcavüzkarlıq aktları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalının səbəb olduğun …
Read More »Ermənilər bir neçə hərbi texnikanı və yanğınsöndürən maşını ataraq qaçıblar
Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən əsgərləri hərbi texnikalarını ataraq qaçırlar. Boyukmillet.com xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – rabitə avtomobili olan “Ural”, “Picap” və yanğınsöndürən maşın hərbi qənimət kimi ələ keçirilib. Onların hamısı işlək vəziyyətdədir.
Read More »Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Düşmənin növbəti texnikalarının məhv edilməsinin görüntüsü
Azərbaycan Müdafiə Nazirliyi düşmənin növbəti texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Bu gün Azərbaycan Ordusu irəliləyərək yeni dayaq məntəqələrini azad edib
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Read More »Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: – 250-dək tank və digər zirehli texnika; – 270-dək artilleriya, …
Read More »Paşinyan növbəti dəfə rəzil duruma düşdü
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl BBC-nin “HARDTalk” proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü. Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul …
Read More »MN: Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb. Boyukmillet.com-un xəbərinə görə, açıqlamada deyilir: “Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.
Read More »Meğri şəhərinin meri Qarabağda yaralanıb
Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar