Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini raket atəşinə tutub. Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb.
Read More »Yearly Archives: 2020
Azərbaycanın Baş prokuroru 20 ölkənin müvafiq qurumlarına müraciət etdi
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Müraciətdə bildirilmişdir ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının …
Read More »Hikmət Hacıyev: “Yaşayış yerlərinin hədəf alınması Ermənistanın barbarlıq və vandalizminin göstəricisidir”
“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və çaxnaşmada olduqlarını göstərir”, – Prezidentin köməkçisi vurğulayıb.
Read More »Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur
Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »İşğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir:
Read More »“Azərbaycan Beynəlxalq Bankı” Cəbrayılda filial açır
Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC Cəbrayıl filialını açma qərarını elan edib. Bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib. Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. …
Read More »Düşmən Bərdə şəhərinin mərkəzinə 10-dan artıq raket atıb, evlərə ziyan dəyib
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhəri atəşə tutulub. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir. İlkin məlumata görə, düşmənin atdığı 10-dan artıq raket şəhərin mərkəzi küçələrinə düşüb. Yaşayış evlərinə ziyan dəyib.
Read More »MN: Düşmən Füzuli, Ağcabədi, Tərtər, Goranboy və Göygölün kəndlərini atəşə tutur
Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənə qarşı adekvat tədbirlər görülür.
Read More »Erməni bloger: Gəncəyə hücum əmrini Paşinyan verib
Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib. Boyukmillet.com xəbər verir ki, bloger özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda N.Paşinyanı kəskin təngid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib. O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red: Xankəndi) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. Tiqran Köçəryan öz …
Read More »Təhsil naziri müəllimləri təbrik edib
Təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Əziz müəllimlərimiz, Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır. Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar