Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Müdafiə Nazirliyi: Bir sıra ərazilər işğaldan azad olunub

Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın …

Read More »

Tərtərdə məskunlaşan məcburi köçkün: “Ermənilər yenidən evlərimizi dağıtdı”

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.  Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.  Düşmən törətdiyi təxribatlardan yenə əl çəkmir və yenidən dinc əhalini hədəfə alıb.  Ermənilərin növbəti dəfə atdığı top mərmiləri nəticəsində bir çox mülki evlər, mülki obyektlər, inzibati binalar, məktəblər və uşaq bağçalarına ziyan dəyib.  Tərtər rayonunda məskunlaşmış Ağdərə rayonundan olan …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir”

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürürük. Bu da …

Read More »

Tarixdə bu gün: Əliyar Əliyevin şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olduğu gündür.Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət …

Read More »

Şöbə müdiri: “Beynəlxalq təşkilatlara məktublar göndərmişik”

“Dağlıq Qarabağın azərbaycanlı icması indiyədək Azərbaycanda akkreditə olunmuş 30-dan çox ölkənin səfiri ilə görüşlər keçirib” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova deyib. “Beynəlxalq təşkilatlarla həftəlik mütəmadi görüşlərimiz olur. Həm yerli, həm də xarici mediada öz sözümüzü demişik. Son 8 gün ərzində Avropanın müxtəlif media nümayəndələrinə onların yaydıqları həqiqətə uyğun olmayan məlumatları puç edən birbaşa məlumatlar göndərmişik. Azərbaycanda …

Read More »

Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika

“Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub”.  Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.  Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-si isə Füzuli …

Read More »

Baş prokuror: “Erməni hərbçilərinin öldürdüyü şəxslər arasında qadın və uşaqlar var”

“Baş Prokururluqda Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaralanması, öldürülməsi ilə bağlı cinayət işi başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə çıxışı zamanı deyib. “Təəssüfdoğurucu hal ondan ibarətdir ki, öldürülənlər arasında qadın və uşaqlar var”, – Baş prokuror əlavə edib.

Read More »

Azərbaycan XİN həmsədr ölkələrin bəyanatına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirib.  XİN-dən “Report”a verilən məlumata görə, açıqlamada bildirilir:  “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son …

Read More »

Prezidentin köməkçisi: “Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”. Bunu “Report”a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.  “Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti …

Read More »