Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Müdafiə Nazirliyi: Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Read More »

Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı

Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Çıxış zamanı bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını və cəbhə …

Read More »

İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhariyə təbrik məktubu ünvanlayıb.  Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir:  “Hörmətli cənab Prezident, Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin …

Read More »

Sabir Rüstəmxanlıdan dünyaya çağırış: “Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət qəbul edib. Həmin müraciəti diqqətinizə çatdırırıq: Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, …

Read More »

Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə  hərbi texnika və maşınlarını ələ keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar.  Bundan başqa, ermənilər ağır artilleriya …

Read More »

ABŞ-ın hərbi qüvvələri kosmosa yerləşdirmə planı var

ABŞ Kosmik Qüvvələri bir gün hərbi personalını kosmosa yerləşdirə bilər. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri general-mayor Con Şou bildirib. “Nə vaxtsa, bəli, insanları kosmosa göndərəcəyik. Onlar hardasa Ay mühitində və ya başqa bir yerdə komanda mərkəzlərini idarə edə bilər”, – “Air Force Magazine” Şoudan sitat gətirib. Qeyd edək ki, 2019-cu ilin …

Read More »

Ermənistanın azərbaycanlı icmasının BƏYANATI

Sentyabrın 27-də Ermənistan slahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq rəşadətli Azərbaycan ordusunun əks-hücumları davam edir. Düşmən geri oturdularaq, 30 ildən bəri erməni faşist rejiminin işğalı altında olan ərazilərimiz geri qaytarılır. 30 ildən artıq dözümlülük göstərən, problemin sülh yolu ilə həlli üçün bütün vasitələrə əl atan, lakin hər dəfə ermənilərin bu danışıqları pozduğunu, beynəlxalq təşkilatların, bu prosesdə iştirak …

Read More »

Azərbaycan MN: Düşmən alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.  “Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir”, nazirlikdən bildirilib. 

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistanın etdiklərinin cavabı olmalıdır”

“Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Azərbaycan məsələni meydanda həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğal edilənə qarşı eyni münasibət bəslənsin?”, – nazir vurğulayıb.

Read More »

MN: Ağır itkilərə məruz qalan düşmən müdafiə mövqelərini tərk edərək qaçır

“Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.  “Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır”, nazirlikdən bildirilib. 

Read More »