Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.  “Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və …

Read More »

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları

Bu gün səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. Düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb. Evlərə və avtomobilə ziyan dəyib, daha 7 mülki şəxs yaralanıb. Yaralılar – Fuad İbrahimli, Mahmud İbrahimov, İsmayıl İsmayıllı, Şahin İbrahimov, Müzəffər Əliyev və İxtiyar Şərifovdur. Digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.  Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Read More »

Prezidentə yazırlar: “Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik”

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Boyukmillet.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Ucar rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi …

Read More »

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub. Dövlət Agentliyindən bildirilib ki, Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək …

Read More »

Xoyskinin nəvəsi: “Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”

“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”. Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib. “Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım …

Read More »

Türkiyədə avtobuslarda “Tək millət, iki dövlət” şüarı əks olunub

“Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiririk”, – qurum bəyan edib. 

Read More »

Düşmənin top atəşi nəticəsində Azərbaycanın daha 7 mülki vətəndaşı yaralanıb

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.  “Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri …

Read More »

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və …

Read More »

ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin önündə böyük mitinq keçirməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, oktyabr ayının ikisinə planlaşdırılan mitinq üçün ABŞ-da fəaliyyət göstərən erməni radio və xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə məlumatlar paylaşılır və həmin gün bütün erməni icmasının üzvlərini aktiv olmağa səsləyirlər. Yayılan məlumatlarda qeyd olunub ki, ABŞ-ın bir çox şəhər və ştatlarında yaşayan …

Read More »