Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Samir Adıgözəlli:”Ordumuzun əks hücum əməliyyatları torpaqlarımız tam azad olunana qədər davam edəcəkdir.”

Dünən səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti təxribata əl ataraq dinc vətəndaşlarımızı və cəbhə boyu mövqelərimizi atəşə məruz qoymuşdur.Nəticədə dinc sakinlər və ordumuz içərisində yaralılar və şəhid olanlar var. İşğalçı Ermənistanın bu təxribatına cavab olaraq Ali  Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks  hücuma başlamışdır.Ordumuzun əks hücumunun ikinci günündə baş verənlərlə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar (İSBAM) …

Read More »

MN: Ermənistan ordusu ərzaq qıtlığı və dərman çatışmazlığı ilə üzləşib

“Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.  “Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması …

Read More »

Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC adi rejimdə fəaliyyət göstərəcək. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı metropolitenə xüsusi tapşırıq verilib. Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq xəbəri təsdiq edib: “Bakı metrosu adi rejimdə işləməkdə davam edəcək”.  Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı …

Read More »

Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb

Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, aksiya Heydər Əliyev adına parkda keçirilir.  Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.  Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!”, “Səninləyik Azərbaycan” şüarları səsləndirirlər. Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə …

Read More »

Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır

Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar. Boyukmillet.com-un məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər. Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub. Baş Konsulluqdan verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək …

Read More »

Zod-Kəlbəcər yolu bağlandı – Ermənilər təlaş içində

Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.  Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız – Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar. Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək …

Read More »

Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv …

Read More »

Saakaşvili: “Qarabağ Azərbaycandır və bu dəyişməzdir”

“Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının  suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili öz “Facebook” səhifəsində yazıb. “Əlbəttə, bölgədə çıxarılan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülhdə yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, – M.Saakaşvili vurğulayıb.

Read More »

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib: “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub …

Read More »

Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş vermişdir. Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan …

Read More »