Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Doğum və ölüm elektron qaydada qeydə alınacaq

Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanın məqsədi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Fərmana əsasən, doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi, doğum …

Read More »

Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin  döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir. Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün …

Read More »

Şəmkirdə top mərmiləri aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik …

Read More »

Eldar Həsənovla bağlı cinayət işi: sabiq səfirin biznes ortağı deyilən sahibkar da həbs edildi

Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir. Boyukmillet.com bildirir ki, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.  B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər …

Read More »

Azay Quliyev: “Ordumuz qısa müddətdə qələbə qazanmağa qadirdir”

“Əvvəlki hərbi və siyasi fiaskolardan dərs çıxarmayan Ermənistan hökuməti vəziyyəti yenidən gərginləşdirmək məqsədilə hərbi resurslarını sərhəd zonasında cəmləşdirməyə başlayıb. Paşinyan hökumətinin PKK terrorçularını, Suriya və Livan ermənilərini işğal olunmuş ərazilərimizə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib. Anlaşılan odur ki, işğalçı ölkə növbəti hərbi təxribata hazırlaşır”.QHT.az xəbər verir ki, bu fikirlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə …

Read More »

Azərbaycan – Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu …

Read More »

Samir Adıgözəlli: “Erməni-PKK hərbi birləşmələrinə qarşı Dağlıq Qarabağda əməliyyat qaçılmazdır.”

 Son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları fonunda daha mühüm mövzulardan biri də Azərbaycanın işğal altında olan ərazilərdə terror qruplarının yerləşdirilməsidir.Xüsusi ilə PKK terrror təşkilatının burada daha çox yer alması diqqət çəkir. Məsələ ilə bağlı İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin Boyukmillet.com-a açıqlamasını təqdim edirik. “İlk öncə onu qeyd edim ki, ermənilərin və mövcud Ermənistan dövlətinin terror …

Read More »

DTX vətəndaşlara müraciət etdi

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Boyukmillet.com DTX-nin saytına istinadən xəbər verir.  Qeyd edilən …

Read More »

Mehriban Əliyeva uşaq bağçasının yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verilib. Bildirilib ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər …

Read More »

Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə …

Read More »