Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Yüksək rütbəli azərbaycanlı məmurların kürəkənlərinə məxsus şirkətlər – SİYAHI+FOTOLAR

Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev barəsində sosial şəbəkələrdə və mətbuatda çoxsaylı məlumatlar yayıldı. Boyukmillet.com xəbər verir ki, yayılan məlumatlardan sonra sosial şəbəkələrdə digər sabiq məmurların, o cümlədən də sabiq nazirlərin kürəkənləri də müzakirəyə çıxarılıb.Maraqlı olacağını nəzərə …

Read More »

Azərbaycan Ermənistanın 2 zabitini İnterpol” xəttilə beynəlxalq axtarışa verdi

Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə hər vəchlə vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Baş Prokurorluğun Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Ermənistan tərəfinin təxribat xarakterli …

Read More »

Publisist Cabbar Şıktaş: Türkiyə-Azərbaycan media platforması günümüzün ən vacib tələbatlarındandır

Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli qərar olmaqla bərabər, həm də olduqca cəlbedici layihədir. Hesab edirəm ki, hər iki ölkə üçün ən vacib məsələ, ilk növbədə, qarşılıqlı tanınmadır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə azərbaycanlıların ən qocaman nəşrləri qəzeti olan “Yeşik İğdır” və “15 Temmuz” qəzetlərinin təsisçisi və redaktoru, görkəmli publisist Cabbar Şıktaş ifadə edib. Türkiyə-Azərbaycan media platformasının yaradılmasını günümüzün ən vacib …

Read More »

Ehtiyatda olan azərbaycanlı zabit Türkiyə prezidentinə müraciət etdi

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Emil Həsənli müraciətində bildirib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə tarixən böyük bağlara malik olub və bu gün də həmin bağlar möhkəmlənərək daha geniş müstəvidə inkişaf etməkdədir:“Qardaş ölkələr bir-birinə hər zaman dəstək nümayiş etdirib, çətin günlərdə həmrəylik göstərib. …

Read More »

Ramiz Mehdiyevin kadrları Goranboyda fermerləri incidir

Boyukmillet.com dia.az-a istinadən “Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflıq olmaqla vətəndaşa layiqli xidmət və vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması durur”. DİA.AZ bildirir ki, bu sözlər Goranboy rayonu Borsunlu kəndinin sakini Əliyev Ələddin Zirəddin oğlunun müraciətində yer alıb.Daha sonra narazı vətəndaş yazır: “Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi …

Read More »

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. Boyukmillet.com xəbər verir ki, ixtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu …

Read More »

Goranboyda top mərmiləri aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report”a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə …

Read More »

Bu gün 20 mindən çox şagird yenidən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçirəcək. Mərkəzdən “Report”a verilən məlumata görə, bu gün baş tutacaq imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq. İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat …

Read More »

Pandemiya Azərbaycanın sığorta bazarına necə təsir edib?

Bütün dünyada yayılan koronavirus infeksiyası Azərbaycandan da yan keçməyib. Hələ də davam edən pandemiya bütün sahələrdə olduğu kimi, ölkəin sığorta bazarına da təsirsiz ötüşməyib. Hazırda Azərbaycanın sığorta bazarında vəziyyət necədir? Pandemiya bazara necə təsir edib və prosesdən çıxış üçün hansı tədbirlər görülür? Bu məsələlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildiriblər ki, iqtisadiyyat daim xarici təsirlərə məruz qalır: “Bir çox xarici …

Read More »

Azərbaycanda müğənni koronavirusdan vəfat etdi

Bir neçə gün əvvəl COVID-19-a yoluxmuş müğənni Toğrul Həbibi dünyasını dəyişib. Boyukmillet.com-un məlumatına görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar. Onlar qeyd ediblər ki, Toğrul Həbibi dünən vəfat edib. Xatırladaq ki, müğənni bir neçə gün idi ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilirdi. O, koma vəziyyətində idi. İnfeksiya səbəbindən T.Həbibinin ciyərlərinin 90 faizi fəaliyyətini dayandırmışdı. Dostları müğənniyə …

Read More »