Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq. Komitə üzvləri Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Təhsil haqqında” qanunda …
Read More »Yearly Archives: 2020
“Kontakt Home” şəbəkəsinə karantin qaydalarına görə cərimə yazılıb
“ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib. Boyukmillet.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına …
Read More »Lənkəranda 4 otaqlı ev yanıb
Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Boyukmillet.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »Ermənilər atəşkəs rejimini 51 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub. Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız …
Read More »Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib. İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi. Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın …
Read More »“Həyatım boyu Ramiz Mehdiyevlə görüşüm olmayıb, Əli Həsənovla isə…” – Frenk Elkaponi
“İki gün öncə saytlarda gedən “Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxş etdiyi mülklər-siyahı” başlıqlı yazının içərisində “Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm həştərxana, həmdə Moskovaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir …
Read More »Toyların keçirilməsinə icazə veriləcək – Deputatdan AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən qapalı məkanlarda yerində xidmət edilməsinə icazə verilib. Son günlər ardıcıl yumşaldılmaların olması, toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, millət vəkili Aqil Abbas yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsinin toyların keçirilməsi üçün şərait yaratdığını bildirib: “Əgər insanların müəyyən məkanlarda bir yerə toplanmasına icazə verilirsə, toylara da icazə …
Read More »Ermənilərin həyasız müzakirəsi: Goranboyu işğal edək!
İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimdə inanılmaz işğal müzakirələri gedir. Boyukmillet.com xəbər verir ki, bir neçə gün öncə Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib. “Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü …
Read More »Lukaşenkodan şok müraciət: Bu baş versə, Rusiya çökəcək!
Belarus çöksə, növbədə Rusiya olacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxaynlaşmamağa çağırıb: “Bizim Rusiya rəhbərliyi ilə hara gəldiyimizi bilirsinizmi? Əgər Belarus bu gün çöksə, növbədə Rusiya olacaq”. Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib: “Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaraq, o zaman …
Read More »Baş Nazirdən ÜST-ə kəskin xəbərdarlıq: “Ağzınızı yumun, sakit dayanın”
Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə “Twitter”də yazıb. Praqda testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş: “ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar. Vəziyyəti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar