Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2020

Virus mutasiya etdi: 20 ölkə Britaniya ilə sərhələrini bağladı

Dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni mutasiya Birləşmiş Krallıqda dekabrın ortalarında müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda …

Read More »

Paşinyanın dostu: “26 il öncə başqasının ölkəsinə girib, ağalıq edirdiniz” – FOTO

“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?” Boyukmillet.com  “report”-a istinadla xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb. Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, …

Read More »

AZAL-ın Bakı-İstanbul reysi ləğv olunub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq. Bununla belə, hava limanından uçuşun hansı səbəbdən baş tutmadığı açıqlanmayıb. AZAL-dan isə “Report”a bildirilib …

Read More »

Gorusun meri saxlanılıb

Ermənistanın hüquq-mühafizə orqanları Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb. Boyukmillet.com xəbər verir ki, bunu müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan feysbukda yazıb. Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Gorus şəhərinin yerləşdiyi Sünik vilayətinə səfəri gözlənilir. A.Aruşanyan onun vilayətə girişinə əngəl olmaq üçün sakinlərə çağırış edərək onları “Sünikin Qapıları”na toplayıb.

Read More »

MHP- dən Belçikaya etiraz.

Belçika parlamentinin (Nümayəndələr Palatası) Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul etməsinə sadəcə “təxribatdır” desək, zənnimcə, fikrimizi tam ifadə etmiş olmarıq. Bu, sözün əsl mənasında siyasi fahişəlikdir və riyakarlıqdır. Belçikalı (əslində isə fransız) deputatlar bununla fransalı həmkarlarının (Fransa Senatının və Fransa Milli Assambleyasının üzvlərinin) məlum səhvini təkrarlamış oldular. Onlar bu addımları ilə ədalətin və beynəlxalq hüququn yanında yox, yalanın …

Read More »

Almaniyada Azərbaycan Ordusunun Qarabağdakı müharibə təcrübəsi ətrafında mübahisələr

Azərbaycan ordusunun Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsi daha bir NATO ölkəsində silahlanma məsələsinə yenidən baxmaq barədə müzakirələrə səbəb olub. Boyukmillet.com alman KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ordusunun zərbə və kəşfiyyat məqsədi ilə PUA-ların geniş çevşidindən kütləvi şəkildə istifadə etməsindən sonra Almaniya ordusunun da bu sistemlərlə silahlanmasını sürətləndirmək çağırışları eşidilir. Lakin Bundestaqda hakim koalisiyanın ortağı olan sosial-demokratlar gözlənilmədən dronlara qarşı …

Read More »

“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər…“ – Çingiz Abdullayev

“Bizim aramızda pis insanlar peyda olub. Şəhid ailələrindən pul oğurlayırlar. Şəhidlər bizim yolumuzda şəhadətə qovuşublar. Ancaq bu pozğun ünsürlər onların ailələrinə, övladlarına catacaq pulları mənimsəyirlər”. Bu sözləri Xalq yazıçısı, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Çingiz Abdullayev deyib. Yazıçı cəmiyyətə müraciət edib: “Ey Azərbaycan xalqı, aldanmayın! Rəsmi olaraq yalnız ′′ YAŞAT ′′ Fondu var! Mən bu oğruları Vətən xainləri ilə bir tutardım. …

Read More »

Bayram Səfərov: “Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar”

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı özü bildirib.  O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:   “Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq …

Read More »

Britaniyanın baş həkimi: COVID-19-un yeni növü yüksək sürətlə yayılır

Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni növü sürətlə yayılır və əhalidən daha çox ehtiyatlılıq tələb edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş həkimi, professor Kris Uittinin bəyanatında deyilir. O, qeyd edib ki, İngiltərənin Cənub-Şərqində yeni virus növünün sürətlə yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virus növünün daha sürətli şəkildə yayıla biləcəyini güman edir. …

Read More »

Yeni qanun: korona xəstələri bu halda həbs edilə bilər

Hazırda yoluxma sayının yüksək olması və ölkə xəstəxanalarında kifayət qədər yerin olmaması səbəbindən bir çox xəstələr evdə müalicə alır. Bu xəstələr bilməlidir ki, onlar haqqında məlumatlar TƏBİB-in elektron mərkəzində var. Aktiv koronavirus xəstəsi yaşayış ərazisini tərk edərsə, dərhal aşkar edilir və həm cərimə, həm də azadlıqdan məhrumedilmə cəzası ilə cəzalandırıla bilər. Bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd …

Read More »