Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib. Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib. Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə …

Read More »

14 yaşayış məntəqəsini əhatə edən yolun əsaslı təmiri bu il başa çatacaq

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sürətləndirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Open.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Məlumatda bildirilir ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir: “Yol torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir. Çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadan …

Read More »

Mehriban Əliyeva: “Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib. Boyukmillet.com xəbərinə görə, Mehriban Əliyevanın “İnstagram” hesabında yer alan mətndə deyilir: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ …

Read More »

Milli Məclisin zallarına adlar verildi

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar …

Read More »

Tarixdə bu gün: Həsən Məmmədovun anım günüdür

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət …

Read More »

Türkiyədə əsassız erməni iddialarına qarşı layihə həyata keçirilir

Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evi Dərnəyi tərəfindən “Əsassız erməni iddialarına aydınlıq gətirmə” layihəsinə başlayıb. Boyukmillet.com AZƏRTAC -a istinadən xəbər verir ki, layihə çərçivəsində erməni terror qruplaşmaları və Ermənistan tərəfindən həyata keçirilən qətliamlarla bağlı ingilis, rus və türk dillərində qısametrajlı filmlərin çəkilməsi və sosial media vasitəsilə dünyaya yayılması nəzərdə tutulur. Layihə çərçivəsində 1915-ci il hadisələri …

Read More »

Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Ordumuzun operativ cavab tədbirləri nəticəsində düşmən böyük itki verərək geri oturdulub. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib. Regionda böyük qüvvələrin maraqlarının toqquşmasının, habelə Ermənistan rəhbərliyinin öz …

Read More »

“Azərbaycanın onlara verəsi bir qarış da torpağı yoxdur” – POLİTOLOQ

Avqustun 23 də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi və qrupun komandirinin əsir düşməsi, Ermənistanın Azərbaycana qarşı növbəti dəfə terror və işğalçılıq siyasətinin davamıdır. Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. R.Qonaqov bildirib ki, məlumdur ki, diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi …

Read More »

Qəvvam əs-Səltənin Moskva görüşləri və ya Cənubi Azərbaycanın taleyinin həll edildiyi günlər

7NEWS.az Adıgözəl Məmmədovun müəllifi olduğu “M.C.Bağırov-Siyasi Portret”kitabındakı Cənubi Azərbaycanın taleyinin necə həll edildiyindən bəhs edən bölmənin bir hissəni oxucuları ilə bölüşür (müəllifin razılığı ilə ). 1946-cı il Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə baş­­­layır. Baş nazir Həkimi İran məclisinin nümayəndəsi S.Tağı­za­də­yə Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsə­lə­sini sessiyada qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət …

Read More »

Lotu Qulinin yerinə o keçib: Bazarlardan haqq almağa başladı – FOTO

Nadir Səlifovun işlərini qardaşı, “qanuni oğru” Namik Bakinski davam etdirir Avqustun 19-a keçən gecə Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun işlərini, onun qardaşı Namik Səlifov davam etdirəcək.  Boyukmillet.com  Rusiyanın “Novaya qazeta” nəşrinə istinadən bildirir ki, Lotu Qulinin kiçik qardaşı, 44 yaşlı “qanuni oğru” Namik Səlifov (Namik Bakinski) öldürülən qardaşının işlərini …

Read More »