“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı: “Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad …
Read More »Yearly Archives: 2020
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.
Read More »Baş əsgər də torpağa tapşırıldı
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu da dəfn olunub. Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Tovuzun Ağdam kəndində son mənzilə yola salınıb. Baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olmuşdu, 7 aylıq övladı var. Xatırladaq ki, Ermənistan tərəfinin ötən gündən başlayan təxribatı nəticəsində 4 nəfər – çavuş Sadıqov Vüqar …
Read More »Üç övladı şəhid atanı yola saldı… – FOTO
Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir. Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub. Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi …
Read More »Bu gecə şəhid olan baş leytenant – FOTO
Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik davam edib. Boyukmillet.com xəbər verir ki, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Sosial şəbəkələrdə baş leytenantın fotosu yayılıb. Bildirilir ki, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olub.
Read More »KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb. “İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, – məlumatda deyilir. Qeyd edək ki, iyulun …
Read More »Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Boyukmillet.com bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir. “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”,- nazirlik bildirib.
Read More »Azərbaycan xalqı dünyaya mesaj verdi ki…
Sabir Rüstəmxanlı: “Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənləri bunu gələcək üçün nəzərə almalıdır”. “Erməni xalqı bunun hesabını Paşinyandan soracaq” Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı ölkə gündəminin mövzuları iıə bağlı cumhuriyyet.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq: – Sabir bəy, şair dili ilə desək dünyamız uzun bir müddətdir ki, …
Read More »SON DƏQİQƏ! Təbrizdən Azərbaycana müharibə üçün dəstək – VİDEO
Bu gün Tovuz rayonunda Ermənistan tərəfindən edilmiş təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən alınıb. Boyukmillet.com xəbər verir ki, nəticədə Azərbaycan ordusunun 3 əsgəri şəhid olub. Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən orduya kütləvi şəkildə dəstək xarakterli paylaşımlar edilir. Hazırda İranın Təbriz şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilir. Videonu təqdim edirik:
Read More »Vilayət Eyvazovdan generalın yerinə təyinat
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar