Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Üç övladı şəhid atanı yola saldı… – FOTO

Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilir.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub.

Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub, yaralılar var.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …