Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

“Facebook”da siyasi reklamlar qadağan edilə bilər

“Facebook” şirkətinin rəhbərliyi cari ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sosial mediada siyasi reklamın qadağan edilməsini nəzərdən keçirir. Boyukmillet.com bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir. Agentlik qeyd edib ki, mümkün qadağa hələ də müzakirə olunur. Bununla yanaşı, şirkət rəhbərliyi reklam qadağasının seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, eyni zamanda yeni məlumatlara cavab …

Read More »

Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əzikləri diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.“Azərbaycan Respublikası İnzibati Xətalar …

Read More »

Dünyada bir gündə COVID-19-a rekord yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı 12,1 milyonu ötüb, virusdan 551 mindən çox insan ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 12 102 328 insan koronavirusa yoluxub, 551 046 pasiyent ölüb. Son sutkada virusa 228 102 yeni yoluxma aşkarlanıb, 5 565 nəfər ölüb. “Reuters” agentliyi bildirib ki, pandemiyanın başlanğıcından ötən gün ərzində dünyada …

Read More »

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Read More »

Fəhmin Muradbəyli “Neftçi”yə qayıtdı

“Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli komandamıza qayıdıb. Boyukmillet.com xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb. Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandamızın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Read More »

Fransada pandemiya qurbanlarının sayı yenidən artdı

Fransada pandemiya qurbanlarının sayı yenidən artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkədə koronavirus infeksiyasından 30 004 pasiyent ölüb, onların 19 528-i xəstəxanalarda keçinib. Hazırda xəstəxanalarda 7 062 nəfər müalicə alır, 78 388 nəfər isə sağalaraq evə buraxılıb.

Read More »

Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər

Bu günə qədər koronavirusla əlaqəli paytaxt Bakı üzrə 7 dəfə kütləvi dezinfeksiya işləri aparılıb. Bu işlər həm mərkəzi, həm də Bakıətrafı qəsəbələrin küçələrini əhatə edib. Asfaltlara tökülən tonlarla xlor maddəsinin insan orqanizminə zərərlərindən də şikayət edənlər var. Bəzən paytaxt sakinləri dezinfeksiya məhlullarının iyisini götürə bilmədiklərini, hətta nəfəs almaqda çətinlik çəkdiklərindən şikayət edirlər. Səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya …

Read More »

Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS, “JEK”) yaradaraq onların saxlanılmasına 730 min manat xərcləyib, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 “çilingər-santexnik” və 94 “xarrat-rəngsaz” ştat vahidi təsdiq edərək əmək haqqı ödəyib. Boyukmillet.com xəbər verir ki, bu, Hesablama Palatasının apardığı Komitəyə ayrılan …

Read More »

Çingiz Qənizadənin oğlu Nərimanov rayon prokurorunun müavini təyin edilib

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini təyin edilib. Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

Read More »