Elməddin Behbud: “Həyata keçirilən hər bir fəaliyyətin ciddi şəkildə işıqlandırılmasına ehtiyac var” Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizədə QHT-lərin də yaxından iştirak etdiyi, məlum mübarizəyə böyük əmək verdiyi göz önündədir. Moderator.az olaraq Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbudla söhbətimizdə QHT-lərin bu yöndəki fəaliyyətini şərh etməklə yanaşı, media-QHT əməkdaşlığı kimi …
Read More »Yearly Archives: 2020
Siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur
Daha 3 siyasi partiyanın qeydiyyata alınmasını son günlərin ən ürəkaçan hadisələrindən biri hesab etmək olar. Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) rəhbərlərini, üzvlərini bu partiyalara dövlət reyestrindən çıxarışların verilməsi münasibətilə təbrik edirəm. Müxalif və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq yenicə qeydiyyata alınmış partiyaların hər birinə siyasi fəaliyyətlərində uğurlar diləyirəm. Ədliyyə Nazirliyindən də …
Read More »Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Belə ki, 37 yaşlı stomatoloq Tərlan Hüseynli qızdırma və təngnəfəslik səbəbi ilə yerləşdirildiyi xəstəxanada vəfat edib. Məlumata görə, onun iki övladı və həyat yoldaşı da bu virusa yoluxub.
Read More »Yol qəzalarında 3 nəfər öldü
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, iyunun 30-da törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti …
Read More »Daha 111 obyektdə qaydalar kobud şəkildə pozulub
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan Open.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, …
Read More »Tələbələrin köçürülməsinin vaxtı açıqlandı
“Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq: “Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək”. Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə – fevral və iyul aylarında həyata keçirilir.
Read More »Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub
Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib. Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır. Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş …
Read More »Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı rəsmi açıqlama
“Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib. O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki …
Read More »Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı
Şəmkirdə kiçik toy məclisi keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib. Boyukmillet.com xəbər verir ki, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra …
Read More »Murad Dadaşov Xoşqədəmin həyat yoldaşını “Xəzər”ə gətirdi
“Xəzər” televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəli müğənni Doğuş ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən Doğuş “Xəzər” kanalında şou xarakterli veriliş aparacaq. Proqramın adı “Doğuş şou” adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək. Qeyd edək ki, Doğuş “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar