Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad edilmişlər. Dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir. Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov …
Read More »Yearly Archives: 2020
Bu mövzular QƏBUL İMTAHANLARINDAN çıxarıldı
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular açıqlanıb. 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb. Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinə qəbul …
Read More »“Bayramın topu, tüfəngi var? Bayram neynəməlidir?” – Şuşanın icra başçısı
Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousuna münasibət bildirib. Unikal.org saytına açıqlamasında Bayram Səfərov ermənilərin Şuşada “andiçmə” mərasimi keçirməsini pisləyib: “Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, …
Read More »RÜSTƏM USUBOV İSTEFAYA GÖNDƏRİLDİ – Yeni birinci müavinin kimliyi məlumdur
Baş prokurorun birinci müavini Rüstəm Usubovun istefaya göndərildiyi barədə məlumatlar təsdiqlənir. Baş prokurorun yeni birinci müavinin kimliyini də dəqiqləşdirib. Bu vəzifəyə hazırda Lənkəran rayon prokuroru vəzifəsini daşıyan Məmmədov Elçin Məmmədbağır oğlunun təyin olunacağı gözlənilir. Onun təqdimatının Prezidentə göndərildiyi bildirilir. **** Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatından sonra prokurorluq orqanlarında çoxdandır gözlənilən islahatlara start verilib. Məlum olduğu kimi, yeni Baş prokuror …
Read More »Əbülfəs Qarayevdən sonra növbə kimindir?
Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün tutduğu vəzifədən azad edildi. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra nazirin istefaya göndəriləcəyi gözlənilən idi. Əməliyyatın nəticəsi olaraq Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun və nazirliyin digər yüksək vəzifəli şəxslərin həbsi nazirin istefasını gündəmə gətrimişdi. Hətta ictimai müzakirələrdə onun da məsuliyyətə cəlb olunması təklif edilirdi. Əbülfəs Qarayev uzun …
Read More »Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 87 nəfər sağaldı, 1 nəfər öldü
Azərbaycan 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 …
Read More »“Əziz qardaşım…” – Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: Cənab Prezident, Əziz Qardaşım. Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zali-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm. Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli …
Read More »“Nəsimi bazarı” tarixə qovuşdu – Bazarın yerində nə tikilir ?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli …
Read More »Türk Hava Yolları uçuşa başlayacağı tarixi açıqladı – YENİ ŞƏRTLƏR var
Türk Hava Yolları (THY) daxili və xarici uçuşlara nə zaman başlayacağını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, THY İdarə heyətinin rəhbəri İlker Aycı daxili uçuşların 4 iyunda, beynəlxalq uçuşların isə 10 iyunda başlayacağını açıqlayıb. Sərnişinlərin baqajları üçün dəyişikliklər var: “Sərnişinlərimizin gətirdiyi kabinə baqajları artıq salonda aparılmayacaq. 8 kiloqramlıq kabin baqajı təyyarədəki baqaj ehtiyatına əlavə ediləcək. Çanta kabinədə aparıla bilər “.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar