Cümə , 26 Aprel 2024
Drone Cameras

“Bayramın topu, tüfəngi var? Bayram neynəməlidir?” – Şuşanın icra başçısı

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousuna münasibət bildirib.

Unikal.org saytına açıqlamasında Bayram Səfərov ermənilərin Şuşada “andiçmə” mərasimi keçirməsini pisləyib:

“Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar. Hərə Allahdan, bəndədən qorxmayıb ağlına gələni deyirlər. Hər birimizin dərdi birdir. Qarabağla bağlı Cənab prezidentdən güclü siyasət aparan var?! Ölkə başçısı nə qərar qəbul edirsə, biz şuşalılar da onun fikirlərini dəstəkləyirik. Ali Baş komandan əmr versə ki, torpaqlarımızı işğaldan azad olunması ilə bağlı müharibə edək ora yüyürəcəyik. Döyüş lazımdırsa, döyüş, sülh lazımdırsa, sülh olacaq!”.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …