Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək

Azərbaycanda 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış “Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının …

Read More »

Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb

 01 apr 18:34iqtisadiyyat Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.  Boyukmillet.com xəbər verir ki, ilk dəfə tətbiq edilən onlayn iclasda 8 məsələyə baxılıb.  Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər …

Read More »

Dünyamıza əcəl tacı yaraşmır!.. Onu insanlığın nəfəsi ilə süsləyək!

Aylardır “koronavirus” adlı bir kabus, ölüm mələyi dünyanı ağuşuna alaraq necə deyərlər dönərgəsini döndərib. Sanki Yer Kürəsi öz orbitindən çıxıb onun ətrafında fırlanır. Hara baxırsan, hamı neçə vaxtdır mikroskop altında görünüşü gözlərimizi yağır edən bu qəhrolası virusdan danışır. Kimlərsə fəsadlarını və yoluxmama yollarını bəlirləyir, kimlərsə nəhəng laboratoriyalarda onun bioloji-kimyəvi xüsusiyyətlərini öyrənmək üçün gərgin elmi tədqiqatlar aparır, kimlərsə ağır simptomlu xəstələrin …

Read More »

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq həmyerlilərimizin operativ məlumat mənbəyinə çevrilib. Soydaşlarımız bu sayt vasitəsilə muxtar respublikamızdakı yeniliklərlə bağlı məlumatları asanlıqla əldə edirlər. Bu baxımdan Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində baş verən yeniliklər haqqında ətraflı məlumat, doğma diyarımızda görülən işlər barəsində müfəssəl, …

Read More »

“Mən sizə bir övlad, həyat yoldaşı, ana və nənə olaraq müraciət edirəm” – Mehriban Əliyeva xalqa səsləndi

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət ünvanlayıb. Boyukmillet.com müraciətin mətnini təqdim edir: Əziz həmvətənlərim! Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi. Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! …

Read More »

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək. Bunu  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Məlumatda bildirilir ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır. Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi …

Read More »

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyan edir ki, Qərbi Azərbaycan torpaqlarına qayıdış yolunda fəaliyyətini bundan sonra daha əzmlə davam etdirəcəkdir.

31 mart azərbaycanlıların soyqırımı ilə əlaqədar Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının BƏYANATI Son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalmış, insanlarımız vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məntəqələrimiz, tarixi-mədəni abidələrimiz dağıdılıb məhv edilmişdir. XIX yüzilin əvvəllərində Çar Rusiyası ilə Qacar İranı arasında Qafqaz uğrunda gedən müharibələr nəticəsində Azərbaycan …

Read More »

İlham Əliyev 31 mart soyqırımından yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycalıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.Boyukmillet.com İlham Əliyevin tarixi həqiqətləri özündə əks etdirən paylaşımını təqdim edir: 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına …

Read More »

Mehriban Əliyeva: “Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”

“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Boyukmillet.com …

Read More »

Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. Soyqırımından 102 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində …

Read More »