Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Operativ Qərargah: Gələn həftə 200-400 vətəndaş ölkəyə qaytarılacaq

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10 000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin …

Read More »

Azərbaycanda bir nəfər koronavirusdan öldü: 6 yeni yoluxma qeydə alındı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb. Qərargahdan verilən məlumata görə, Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanmışdır. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Həkimlərin səyinə baxmayaraq, …

Read More »

Bu ölkədə koronavirusdan ölənləri basdırmağa yer qalmadı – YANDIRIRLAR

“İnsanlar çöldə olduqları müddətcə virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri 26 ildir İtaliyada yaşayan türkiyəli həkim Mehtap Pasin “Youtube”də “İnsan” adlı kanala danışarkən deyib. O, İtaliyada əhalinin qaydalara riayət etmədiyi üçün virusun daha tez yayıldığını bildirib. Həkim həmçinin ölkənin bəzi yerlərində virusdan ölənləri basdırmaq üçün yer qalmadığını da vurğulayıb: “Hazırda xüsusilə, …

Read More »

Naxçıvan -Braziliyada Amazon çayı üzərindəki bir adanın oxşarı kimi….AYDIN QULİYEVDƏN DUYĞUSAL PAYLAŞIM

Aydın QULİYEV Naxçıvan -Braziliyada Amazon çayı üzərindəki bir adanın oxşarı kimi…. Ancaq zaman o zaman deyil…Düz 100 il əvvələ aid hadisəni xatırlatdım..Oxudum ki,Naxçıvanda konkret koronavirus faktı olmasa da ,qabaqlayıcı tədbirlər artıq başlayıb.İnşallah,arzu edək ki,Naxçıvanda fakt çıxmasın.O insanlar indiyədək onsuz da çox çətinliklər yaşadılar.Bir bəla da onları bu yandan tutmasın.Dünya üzrə 50 milyon insan həyatına son qoymuş 1920 -ci il pandemiyası …

Read More »

Azay Quliyev Şura üzvlərinə və QHT-lərə müraciət etdi

Şura sədri, millət vəkili Azay Quliyev Şura üzvlərinə və QHT-lərə müraciət edərək koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb. O bu barədə tvitter hesabında yazıb: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri və katibliyin əməkdaşları #Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdik. Bütün QHT-ləri də bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram”.

Read More »

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 və 5 manat köçürən məşhurlar kimdir?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin şəffaflığı və onlayn qaydada yenilənməsi Azərbaycan üçün ilk və olduqca mühüm addımdır. Köçürmələr anbaan yenilənir və siyahıda maraqlı adlar və onların köçürdüyü məbləğlər də diqqəti cəlb edir. Fiziki şəxslər sırasında köçürmə edən məşhurlar sırasında Prezident və Birinci vitse-prezidentdən sonra yüksək məbləğ köçürən tanınmışlardan biri də Mircəlal Hafiz oğlu Paşayevdir – 100 min. Şamil Heydərov …

Read More »

Naxçıvanda koronavirusla mübarizəyə könüllü qoşulanlar üçün ən asan yol seçildi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki şəxslər tərəfindən asan yolla vəsait ödənilməsi üçün Naxçıvanbank Açıq Səhmdar Cəmiyyətinin muxtar respublikanın bütün regionlarında quraşdırılmış ödəniş terminallarında imkan yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü vəsait ödənişlərinin toplanılması üçün “Naxçıvanbank” ASC-yə məxsus ödəniş terminallarında lazımi proqram təminatı işləri aparılıb və test mərhələsindən sonra istifadəyə hazır vəziyyətə gətirilib. …

Read More »

Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO

Dünyanı sarmış koronovirus epidemiyası nədəni ilə ziyarətçilərin üzünə qapadılmış Kəbə ziyarətgahı yenidən ziyarətçilərin üzünə açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hökuməti qərar verib. Bildirilir ki, ziyarətgah geniş dezinfeksiya tədbirlərindən sonra ziyarətçilərin üzünə açılıb. Səudiyyə Ərəbistanında rəsmi rəqəmlərə görə bu saata koronovirusa 767 yoluxma, 1 ölüm halı qeydə alınıb.

Read More »

Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası cəmiyyətdə böyük gərginlik yaradıb. Bu bəladan Azərbaycanı və soydaşlarımızı qorumaq dövlətimizin prioritet vəzifəsi kimi gündəmdədir. Yaxın günlərdə xaricdəki vətəndaşlarımızın öz istəklərinə uyğun olaraq ölkəmizə təxliyəsi ən mühüm və vacib vəzifələrdən biri olmuşdur. Nizamlı qaydada və yüksək peşəkarlıqla həyata keçirilən bu prosesin uğurla davam etməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Təxliyə prosesinin ilk …

Read More »

Cənab prezidentin çağrışına qoşulduq – QHT sədri

Vətəndaş cəmiyyəti təşkilatı olaraq cənab prezidentin çağrışına qoşulduq. Boyukmillet.com bu sözləri  açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.O, deyib  ki, cənab prezidentin də qeyd etdiyi kimi,  həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk: “Təşkilatımız da bu prinsipdən çıxış edərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna inaə köçürmüşdür. Hesab edirəm …

Read More »