Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb. Boyukmillet.com DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb. Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının …
Read More »Yearly Archives: 2020
“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi – ÖZƏL
2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilən “İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Nazim Quliyevin yaxınları və Penitensiar Xidmətdəki mənbələr Azinforum.az-a onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyiblər. Qeyd edək ki, jurnalistə qarşı Cinayət Məcəlləsinin …
Read More »Bakı küçələri gündə iki dəfə yuyulacaq
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici …
Read More »Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu
ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alnıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib. “Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib”, – Kuomo deyib. Onun sözlərinə gorə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib.
Read More »Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Qeyd edək ki, Azərbaycanda …
Read More »Ukraynadakı diaspor təşkilatlarımız yenə də “yola getmirlər”? – İSBAM sədrindən açıqlama
“14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-nın həmsədrləri oldular. Diasporla Dövlət Komitəsinin sədri Fuad Muradov da həmin tədbirdə iştirak etmişdir. Məhz bu birliyin də təşəbbüskarı Diaspor Komitəsi olmuşdur. Ancaq bir ilə yaxındır Radanın yaranmasına baxmayaraq …
Read More »“Koronavirus hamıya dərs verdi, hegemonlar əsirə çevrildi” – Sabir Rüstəmxanlı
“Söhbət Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan insanının taleyindən gedirsə, bütün siyasi maraqlar, ideoloji görüşlər arxa plana keçir” “Mən bu millətin bir zaman Meydanda necə bir olduğunu görmüşəm və bu gün də dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələcəyimizə inanıram”Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı BakuPost-un ölkə gündəmi ilə bağlı suallarını cavablandırıb:– Sabir bəy, VI çağırış Milli Məclisi artıq fəaliyyətə …
Read More »Türkiyədə bütün xəstəxanalar Pandemiya xəstəxanası elan edildi
Türkiyədə bütün özəl və vəqf xəstəxanaları Pandemiya xəstəxanası elan edilib. Bununla bağlı “HaberGlobal” məlumat yayıb. Bildirilib ki, bu, Səhiyyə Nazirliyinin qərarıdır.
Read More »“Çətin dövrdə ən təhlükəlisi hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır”
İnsanların evlərinə qapanması, iş yerləinin bağlanması, əhəmiyyətli ölçüdə maddi gəlirlərinin azalması, istirahət imkanlarının məhdudlaşdırılması zəruri və gözlənilən bir haldır və hələ bundan sonra da gələcək ən sərt tədbirlərə, məhdudiyyətlərə hazır olmamız təhlükəsizliyimiz baxımından qaçınılmaz yoldur. Bu proseslərdə adətən oğurluq, quldurluq, möhtəkirlik hallarının artması da tarixi təcrübəyə görə istisna olunmur. Bu səbəbdən də hüquq-mühafizə orqanlarının işinin ağırlığını anlayaraq onlara da dəstəyimizi …
Read More »Əziz Ələkbərov: “Parlamentdə özümü qərib hiss etmirəm”
Parlamentin yeni deputatı : “Əli İnsanovu Azərbaycan siyasətində görmürəm” Milli Məclisin yeni üzvlərindən biridir budəfəki həmsöhbətimiz. Deputat Əziz Ələkbərov 62 saylı Saatlı seçki dairəsini – YAP-ın siyahısı üzrə – təmsil edir. 1960-cı ildə Qərbi Azərbaycanda, Vedibasar mahalının Qaralar kəndində anadan olan Ə.Ələkbərov Bakı Dövlət Universitetində ali təhsil alandan sonra təyinatla dədə-baba yurduna qayıdıb. Lakin 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar