Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Ukraynadakı diaspor təşkilatlarımız yenə də “yola getmirlər”? – İSBAM sədrindən açıqlama

“14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-nın həmsədrləri oldular. Diasporla Dövlət Komitəsinin sədri Fuad Muradov da həmin tədbirdə iştirak etmişdir. Məhz bu birliyin də təşəbbüskarı Diaspor Komitəsi olmuşdur. Ancaq bir ilə yaxındır Radanın yaranmasına baxmayaraq bu ölkədə konkret heç bir irəliləyiş yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, yuxarda adı çəkilən hər üç təşkilatın birgə heç bir fəaliyyəti gözə dəymir: “Dünən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin tərəfindən Novruz tədbiri keçirilib. Əldə etdiyim məlumata əsasən, bayram tədbirinə nə Rövşən Tağıyev, nə də Hikmət Cavadov dəvət edilməyib. Rada və Ukraynadakı diasporun durumu ilə bağlı daha geniş yazı ilə yaxın günlərdə çıxış edəcəyəm”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …