İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq Qoruğu İdarəsinin struktruna daxil bütün muzeylərin fəaliyyəti martın 14-dən müvəqqəti olaraq dayandırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər …
Read More »Yearly Archives: 2020
Son dəqiqə : İranın məşhur ordu generalı koronavirusdan öldü – İnqilab Keşikçiləri Ordusunun komandirlərindən idi
İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandirlərindən biri, ordu generalı Nasir Şabani koronavirus xəstəliyindən ölüb.Boyukmillet.com xəbər verir ki, bu haqda İranın Fars Xəbər Agentliyi məlumat yayıb.Ordu generalı Şabani, 1982-ci ildə İran-İraq müharibəsi zamanı hərbçi karyerasına başlayıb. O, İmam Hüseyn Hərbi Unversitetində komandir müavini, Tehranda SEPAH-ın hərbi qərərgahənda komandir müavini vəzifələri də daxil olmaqla bir sıra yüksək vəzifələrdə çalışıb. Qeyd edək …
Read More »Azərbaycanda Fövqəladə vəziyyət elan olundu
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz …
Read More »Ermənistan Azərbaycanın sərhəd qüvvələrindən sonra Əlahiddə Ümumqoşunu hədəfə alır – taktika dəyişikliyi, ya sadəcə təxribat…
Martın 12-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordusunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordusunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb. Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab …
Read More »“Formula 1” üzrə Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır
Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədən qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və “Formula 1” Azərbaycan Qran-prisinin təxirə salınması …
Read More »Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir… – Koronavirusdan daha böyük TƏHLÜKƏ! – VİDEO
Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir. Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb. Boyukmillet.com bildirir ki, Ekoloq Telman Zeynalov Redaktor.az-a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də …
Read More »Prezidentdən Aqiyə Naxçıvanlı ilə bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Aqiyə Naxçıvanlı Milli Məclisin deputatıdır.
Read More »Hava kəskin dəyişir
Temperatur 8 dərəcə aşağı enəcək Bir neçə gündür davam edən yaz havası kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında Anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək …
Read More »Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər açılacaq
“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib. Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək.
Read More »AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır
Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar