2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında …
Read More »Yearly Archives: 2020
Tramp Avropadan ABŞ-a girişi qadağan etdi – Ölümcül virusa görə
ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.Boyukmillet.com-un məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minib. İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək. “Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək … ABŞ-dan Avropaya daxil olan hər şeyi …
Read More »Türkmənistan Prezident Bakıdan belə yola salındı – FOTOLAR
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Read More »Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub. Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis …
Read More »Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı
Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə azxeber.com-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.Bildirilib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda …
Read More »Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı
Latın Amerikasının daha bir ölkəsində – Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib. Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Başqa Latın Amerikası …
Read More »Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Milli Məclisin sabahkı – martın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.
Read More »Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi
Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub: “İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə! İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı …
Read More »“Prezidentin çıxışı cəmiyyətin bütün üzvləri üçün mesajdır” – Məlahət İbrahimqızı
“Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə parlament və hər bir millət vəkilinin gələcək 5 illik fəaliyyəti üçün “yol xəritəsi”dir”. Boyukmillet.com bildirir ki, bunu APA-ya açıqlamasında millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.İbrahimqızı deyib ki, dövlət başçısının çıxışı cəmiyyətin bütün üzvləri – ziyalılar, dövlət qulluqçuları – hər kəs …
Read More »Koronavirus bütün dünyada pandemiya elan edildi – qorxulanlar oldu
Yeni növ COVID-19 – koronavirus infeksiyasının pandemik olduğu elan edilib. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə təşkil edilən brifinqdə bildirib. “Önümüzdəki günlərdə və həftələrdə yoluxma hallarının, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik… COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik”, – təşkilat rəhbəri belə deyib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar