Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tramp Avropadan ABŞ-a girişi qadağan etdi – Ölümcül virusa görə

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.

Boyukmillet.com
-un məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minib.

İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək.

“Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək … ABŞ-dan Avropaya daxil olan hər şeyi müzakirə edəcəyik”, -deyə Tramp Ağ Evdən xalqa müraciətində bildirib.

Daha sonra öz tvitter mikrobloqunda “Avropadan 30 günlük səyahət məhdudiyyəti heç bir şəkildə ticarətə təsir etməyəcək” qeydini paylaşıb.

“Qadağa malları deyil, insanları dayandırır”, – deyə o, vurğulayıb.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …