Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Türkiyə daha bir əməliyyata başladı

Türkiyə Hakkari şəhərində PKK terror təşkilatına qarşı daha bir əməliyyata start verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni hərəkat “Qapan-3, Qazan əməliyyatı” adlanır.

Read More »

Dairəsi ləğv edilən Qənizadə nələr danışdı? – VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub. Boyukmillet.com xəbər verir ki, Çingiz Qənizadə fevralın 9-da keçirilən parlament seçkiləri, seçildiyi dairənin nəticələrinin ləğvi və digər məsələlər haqda danışaraq, maraqlı məqamlara aydınlıq gətirib. Qeyd edək ki, “Sadə həqiqətlər” verilişinin sözügedən buraxılışı martın 6-sı saat 22:00-da yayımlanacaq.

Read More »

Kritik görüş başladı: Putin və Ərdoğandan ilk açıqlama – VİDEO

Rusiya və Türkiyə prezidentlərinin görüşünün təkbətək formatda keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. “Buna baxmayaraq, lazım gələrsə, məhdud sayda rəsmi şəxs də görüşdə iştirak edəcək”, – Kreml sözçüsü bildirib. *** Kremldə prezidentlərin təkbətək görüşü başlayıb. Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir. “Suriyada həyatını itirən Türkiyə …

Read More »

Şuranın maliyyələşdirdiyi layihələr haqqında CƏDVƏL

Şura və 26 qurum birgə qrant müsabiqələrinin nəticələrinə həsr olunan mətbuat konfransı keçirdi  Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və tərəfdaş 26 qurum təşkil etdikləri qrant müsabiqələrinin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 26 qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinə layihə təklifi qəbulunun 20 noyabr-30 dekabr 2019-cu …

Read More »

Prezident İlham Əliyev yeni icra başçılarını qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Bu gün tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlının doğum günüdür

Bu gün tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlının doğum günüdür.Mərhum professor yaşasaydı 73 yaşını qeyd edəcəkdi.Vaqif Arzumanlı Azərbaycan elminə,ictimai həyatına böyük töhfələr vermiş alimlərimizdən biridir. O, 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər …

Read More »

Muzey eksponatlarının tədqiqinə həsr olunan dəyirmi masa keçirilib

Boyukmillet.com-a verilən məlumata görə Naxçıvan Dövlət Tarix Muzeyi və AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun birgə təşkilatçılığı ilə “Muzey eksponatlarının tədqiqi sahəsində elmi müəssisələrlə muzeylərin birgə işinin aktual məsələləri” mövzusunda dəyirmi masa keçrilib. Tədbirdə bölmənin Əlyazmalar Fondunun əməkdaşları, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin direktorları, fond işçiləri, eyni zamanda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə …

Read More »

İranda koronavirusdan ölənlərin sayı 107-yə çatdı

İranda daha 15 nəfər virusun qurbanı olub. Boyukmillet.com IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb. K.Cahanpur həmçinin 739 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb. Qeyd edək ki, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin …

Read More »

“Gilan Holdinq” 632209 dollar, FHN-isə 331 min avro cərimələnib – Kəmaləddin Heydərovun ətrafında “qara buludlar” dolaşır

Bakı Apelyasiya Məhkəməsində “Gilan Holdinq” MMC və Fövqəladə Hallar Nazirliyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən cərimələnməsi ilə bağlı qərarla bağlı ayrı-ayrı şikayətlərə baxılıb.Boyukmillet.com BakuPost.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərarlar elan edilib. Qərarlara əsasən hər iki qərar ləğv edilib və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib. Qeyd edək ki, Yasamal rayon Məhkəməsi …

Read More »

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 6-ya çatdı

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib. Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər. “Hazırda pasiyentlərin …

Read More »