Şənbə , 20 Aprel 2024
Drone Cameras

Bu gün tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlının doğum günüdür

Bu gün tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlının doğum günüdür.Mərhum professor yaşasaydı 73 yaşını qeyd edəcəkdi.Vaqif Arzumanlı Azərbaycan elminə,ictimai həyatına böyük töhfələr vermiş alimlərimizdən biridir.
O, 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub.

V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləyib. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik edirdi. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.

V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1991-ci ildən professor adı alıb, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademikidir (1996).

V.Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və 1989-cu ildən professorudur. 1973-1974-cü illərdə M.F. Axundzadə adına Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti), 1976-1987-ci illərdə İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs deyib.

Elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilib.

Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının,ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunub, Milli qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara, eləcə də “Qızıl qələm” və “Mir Cəlal Paşayev” mükafatlarına layiq görülüb.

 V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.

V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınıb. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb (2001, 2007, 2012).

Vaqif Azumanlı Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü və İctimai-Siyasi Proseslər  Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri olub.
 Xatırladaq ki, Vaqif Arzumanlı 9 iyul 2014-cü il tarixində vəfat etmişdir.
Allah rəhmət elesin.
 
Boyukmillet.com

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …