İsveçrədə növbəti koronavirusa yoluxma halı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, hadisə İsveçrənin Cenevrə şəhərində baş verib. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 393-dən çoxdur. Virus ümumilikdə 50 ölkəni əhatə edib. Bundan başqa, “Diamond Princess” kruiz gəmisində 700-dən artıq sərnişində koronavirus aşkarlanıb.
Read More »Yearly Archives: 2020
Prezident İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan sahibkarları Rusiya ilə əlaqələrini genişləndirir
Bir qrup sahibkar məhsul və avadanlıq idxalına dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək. Boyukmillet.com “Bel.ru”ya istinadən xəbər verir ki, imzalama mərasimi martın 5-nə təyin olunub. Səfər çərçivəsində həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələrilə tanışlıq da nəzərdə tutulur. Belə ki, ağır, yüngül, qida sənayesi sahələrinin nümayəndələrindən ibarət heyətin neft-qaz və qida istehsalı avadanlığı, avtomatik idarəetmə sistemləri, ərzaq, yüngül sənayesi məhsulları …
Read More »Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib. Boyukmillet.com-un məlumatına görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır. Yarışın ilk günündə oğlanlar arasında 55, 66, 81, 100, qızların mübarizəsində isə …
Read More »Səfir: “Gürcüstandan Azərbaycana gediş-gəliş adi qaydada həyata keçirilir”
“Gürcüstandan Azərbaycana quru yolla gediş-gəlişə heç bir məhdudiyyət tətbiq olunmur”. Boyukmillet.com xəbər verir ki bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib. Onun sözlərinə görə, iki ölkə arasında quru yolla şəxslərin hərəkəti adi qaydada həyata keçirilir. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ötən gündən İranla quru yolla gediş-gəliş məhdudlaşdırılıb. Gürcüstanın bu ölkə ilə birbaşa quru sərhədi yoxdur. İrandan Gürcüstana quru yolla …
Read More »Sankt-peterburq şəhərində”Xocalı soyqırımı”na həsr olunmuş törən…
Dünən ilin ən qısa ayının unudulmaz uzun gecəsinin 28-ci ili tamam oldu… Əsrin ən böyük soyqırımlarından olan Xocalı faciəsi damarında azərbaycanlı qanı axan hər bir insanın qəlbində sağalmaz yaradır. İllər keçir, lakin Xocalı faciəsinin acı yaraları sağalmır və sağalmayacaq… Hər il olduğu kimi bu il də azərbaycanlıların sıx yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində qanlı 26 fevral günü yad olundu.Sankt-Peterburq şəhərində azərbaycanlıların …
Read More »Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur, ancaq… – Həkimdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi dünən Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir şəxsdə koronavirus aşkarlanıb. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib. Bu gün isə Gürcüstan Azərbaycanla sərhədləri qismən bağlayıb. Bu hadisə özü ilə bir çox problemləri gətirdi. Bizim ölkədən keçən şəxsin koronavirus daşıyıcısı olduğu Azərbaycan sərhəddindəki yoxlamada nə üçün bilinməyib? Həmin şəxsin bir çox Azərbaycan vətəndaşı ilə ünsiyyətdə …
Read More »Gürcüstanın baş naziri koronavirusla bağlı əhaliyə müraciət etdi
“Gürcüstanda koronavirusla bağlı təşvişə heç bir əsas yoxdur”. Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. O deyib ki, ötən gün yaradılan koordinasiya qrupu vəziyyəti tam nəzarətdə saxlayır. Baş nazir qeyd edib ki, hökumətin qərarı ilə ötən gün İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb.
Read More »Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib. Boyukmillet.com-un xəbərinə görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib. Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib. Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.
Read More »Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK
Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, D.Bəhmənovanın anası Elmira Zeynalova Qafqazinfo-ya açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək, qızının səhhəti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar