Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

“Ərdoğan geri addım atmasa…” – Qiyamçı Haftar türk lideri hədələdi

“Cenevrə danışıqları nəticə verməsə, liviyalıları Türkiyənin hücumlarından qorumağa hazırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyada səfərdə olan qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar deyib. “Əvvəl də dediyimiz kimi, Ərdoğan və Sərracın atəşkəs rejimini müntəzəm pozması və Berlin konfransında götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən səbrimiz tükənməkdədir. Silahlı qüvvələr Tripolidəki vəziyyəti qiymətləndirir, beynəlxalq tərəflərlə əlaqə saxlayır və bütün variantlara hazırdır”, – …

Read More »

SON DƏQİQƏ: Türk və rus ordusu arasında dəhşətli toqquşma baş verdi – Şiddətli döyüşlər gedir

Boyukmillet.com xəbər verir ki İdlibdə ilk dəfə Türkiyə və Rusiya ordusu üz-üzə gəlib. Rusiya mediası rus hərbi birləşmələrinin Türkiyə bombardmançılarına hücum etdiyini yazır. Bununla yanaşı, Rusiya xüsusi təyinatlı qüvvələrinin Əsəd birləşmələrinin tərkibində Türkiyə ordusuna qarşı döyüşdüyü deyilir. Suriyanın İdlib bölgəsində ilk dəfə olaraq, Rusiya və Türkiyə Silahlı Qüvvələri arasında hərbi toqquşma baş verib. Döyüşlər dünən Neyrab kəndi uğrunda baş verib. …

Read More »

Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı QƏRAR VERDİ

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.Keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.Xatırladaq …

Read More »

Rusiya Ukraynanı bu tarixdə işğal edəcək – Kəşfiyyat

Təxminən 2022-2023-cü illərdə Rusiya Ukraynanı işğal etməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu iddianı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski səsləndirib. “Rusiya səfərbərlik elan etmədən ani şəkildə Ukraynaya hücum edəcək”, – V.Skibitski bildirib. Qeyd edək ki, Ukrayna davamlı olaraq Rusiyanın hücum edəcəyi barədə açıqlamalar versə də, Moskva hər dəfə təkziblə çıxış edir.  /Axar.az/

Read More »

YAP-da könüllülərin toplantısı keçirilib

Yeni Azərbaycan Partiyasında (YAP) YAP könüllülərinin toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, komitə üzvləri, partiyanın rayon təşkilatlarının gənclər birliyinin sədrləri və gənc könüllülər iştirak ediblər. Tədbirdə çıxış gənclər birliyinin sədrləri Azərbaycanda könüllülərin ictimai-siyasi həyatda rolundan danışıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən …

Read More »

Azərbaycan çempionatının ilk qalibi bəlli oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq. İki gün davam edəcək çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların …

Read More »

İranda koronavirusdan ölənlərin sayı artır

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com“Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib. Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb. Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan da 4-nün öldüyü təsdiqlənib.  Xatlrladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin …

Read More »

Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında memorandum imzalandı

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində imzalanmış sənədMOK və CONI arasında Olimpiya Hərəkatının İnkişafı, sülhməramlı missiya, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutur. Tərəflər həm Yay Olimpiya Oyunları, həm də Qış Olimpiya Oyunları ərəfəsində və bu oyunlara hazırlıq üçün bir-birinə qarşılıqlı yardım …

Read More »

Ali Məhkəmənin sədri tapşırıqlar verdi

Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev Ağsu Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib. Ali Məhkəmədən verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Boyukmillet.com-un məlumatına görə qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər …

Read More »

İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”

“Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf edir. İqtisadi sahədə də hər iki ölkə dünyada bir nömrəli tərəfdaşdır”. Bunu açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib. İşçi qrupun rəhbəri bildirib ki, son illər Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb: “Bu əlaqələr bu gün də …

Read More »